Bakıda “Gələcəyin mütəxəssisləri Azərbaycan 2025 - Gələcəyə baxış” konfransı keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda “Gələcəyin mütəxəssisləri Azərbaycan 2025 - Gələcəyə baxış” konfransı keçirilib - FOTO

19:16 - 22 / 11 / 2016
Bakıda “Gələcəyin mütəxəssisləri  Azərbaycan 2025  - Gələcəyə baxış” konfransı keçirilib - FOTO

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə və Azərbaycan Futuroloqlar  Cəmiyyətinin - Minilliyin Layihəsinin Azərbaycan  nümayəndəliyinin tərəfdaş olduğu “Gələcəyin mütəxəssisləri  Azərbaycan 2025  - Gələcəyə baxış” adlı layihəsi çərçivəsində Azərbaycan Texniki Universitində elmi-praktiki konfrans keçirilib.

Fonddan 1news.az-a verilən məlumata görə, layihə çərçivəsində Azərbaycan Texniki Universitetinin SABAH qrupları üçün nəzərdə tutulmuş konfransı AzTU-nun Elm və texnika üzrə prorektoru, professor İlham Pirməmmədov açıq elan etdi və tədbir iştirakçılarına uğurlar arzulayıb.

Digər çıxış edən SABAH İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə gələcəyin araşdırılmasının vacibliyinə və “SABAH” qruplarında təhsil alan tələbələrin proqnozlaşdırma üzrə xüsusi tədqiqatlara cəlb edilməsi və məhz yaxın və orta gələcəyin görüntüləri üzərində qurulmasına diqqəti çəkib.

Konfransın davamında Minilliyin Layihəsinin direktoru Cerom Qlenın məruzəsi dinlənilib.

Azərbaycan Futuroloqlar Cəmiyyətinin ekspert şurasının üzvü Fərid İsmayılzadənin məruzəsi dinlənilib.

1news.az

 

Paylaş:
528

Son xəbərlər

Bütün xəbərlər