Azərbaycanda ötən ilin “Ən yaxşı müəllimi” intihar edib
Abşeron rayonunda 66 yaşlı müəllim özünü yaşadığı evdə asaraq intihar edib.
1news.az Report-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhəri, Quşçuluq Massivi döngə 6 ev 45-də qeydə alınıb.
Belə ki, 1950-ci il təvvəllüdlü Mirzəyeva Azelma Xamis qızı yaşadığı evdə özünü asaraq intihar edib.
Məlumata görə, A.Mirzəyevanın meyiti onun evinə fərdi təhsil almağa gələn şagirdləri tərəfindən aşkarlanıb.
Qeyd edək ki, A.Mirzəyeva 297 saylı orta məktəbdə 39 il İngilis dili müəllimi kimi fəaliyyət göstərib. Onun həyat yoldaşı 15 il bundan qabaq vəfat edib, övladı yoxdur.
297 saylı orta məktəbdən verilən məlumata görə, A.Mirzəyeva 2015-ci ildə təqaüdə çıxıb. O, 2002-ci ildə respublika üzrə “Ən yaxşı müəllim” 2-ci dərəcəli diplomu ilə seçilib.
Faktla bağlı araşdırmalara başlanılıb. Müəllimin intihar etməsinin səbəbləri araşdırılır.
1news.az