Azərbaycanla İtaliya hərbi sahədə əməkdaşlıq edəcək | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanla İtaliya hərbi sahədə əməkdaşlıq edəcək

10:32 - 23 / 11 / 2016
Azərbaycanla İtaliya hərbi sahədə əməkdaşlıq edəcək

"Azərbaycan Respublikası Müdafiə Nazirliyi və İtaliya Respublikası Müdafiə Nazirliyi arasında 2016-2017-ci illər üçün ikitərəfli hərbi əməkdaşlıq Planı"na əsasən, noyabrın 22-də Azərbaycanın Müdafiə Nazirliyində hər iki ölkənin Müdafiə nazirliklərinin mülki-hərbi əməkdaşlıq üzrə ekspertləri arasında görüş keçirilib.

1news.az-a Nazirliyin mətbuat xidmətindən verilən məlumata əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyevin rəhbərliyi ilə keçirilən görüşdə mülki-hərbi əməkdaşlığa dair təcrübə mübadiləsi aparılıb.

Görüşdə, həmçinin Silahlı Qüvvələrdə mülki-hərbi əməkdaşlıq sahəsində qabaqcıl təcrübənin öyrənilməsi məsələləri müzakirə edilib.

1news.az

Paylaş:
492

Son xəbərlər

Bütün xəbərlər