Mərkəzi Bank bu günə olan valyuta məzənnələrini açıqlayıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Mərkəzi Bank bu günə olan valyuta məzənnələrini açıqlayıb

09:53 - 24 / 11 / 2016
Mərkəzi Bank bu günə olan valyuta məzənnələrini açıqlayıb

Azərbaycan Mərkəzi Bankı (AMB) noyabrın 23-nə valyuta məzənnələrini açıqlayıb.

1news.az Mərkəzi Banka istinadla xəbər verir ki, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 23-ü ilə müqayisədə dəyişməyərək 1,7146 manat təşkil edib.

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,78 zəifləyərək 1,8077 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 0,74% ucuzlaşaraq 0,0269 manat olub.

Türkiyə lirəsinin məzənnəsi də 0,57% azalaraq 0,5036 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1327 manatdır. Beləliklə, funt sterlinq 0,18%-lik artım nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi isə dəyişməyərək 0,6928 manat olub.

1news.az

Paylaş:
686

Son xəbərlər

Bütün xəbərlər