PAŞA Sığorta məsuliyyətli sürücüləri Kasko-ya 30%-ə qədər endirim qazanmağa dəvət edir | 1news.az | Xəbərlər
Cəmiyyət

PAŞA Sığorta məsuliyyətli sürücüləri Kasko-ya 30%-ə qədər endirim qazanmağa dəvət edir

10:45 - 24 / 11 / 2016
PAŞA Sığorta məsuliyyətli sürücüləri Kasko-ya 30%-ə qədər endirim qazanmağa dəvət edir

Sürücülərin Yol Hərəkəti Qaydalarına daha məsuliyyətli yanaşmasını təmin etmək məqsədi ilə PAŞA Sığorta 23 noyabr - 23 dekabr tarixlərində sürücülər üçün “Məsuliyyətli sürücüyə biz cavabdehik” kampaniyası keçirir.

Kampaniya çərçivəsində Gənclik MALL AVM-də PAŞA Sığorta şirkəti tərəfindən hazırlanmış “Məsuliyyətli sürücüyə biz cavabdehik” stendində quraşdırılmış xüsusi planşetlərdə sürücülər Yol Hərəkəti Qaydalarına aid suallara düzgün cavab verməklə Kasko sığortasına 30%-ə qədər endirim əldə edə biləcəklər.

Belə ki, PAŞA Sığorta 10 sualdan 10-na doğru cavab verən şəxslərə 30%, 9-na doğru cavab verən şəxslərə 20%, 8-nə doğru cavab verən şəxslərə 15%, 7-nə doğru cavab verən şəxslərə isə 10% Kasko sığortası üçün endirim mükafatı təqdim edəcək.

7-dən az suala düzgün cavab verən sürücülər də yarışı hədiyyəsiz tərk etməyəcək, şirkət tərəfindən bütün iştirakçılara müxtəlif hədiyyələr təqdim olunacaq. Kampaniyada hər kəsin yalnız bir dəfə iştirak etmək şansı var.

Qeyd edək ki, PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. PAŞA Holding qrupunun üzvü olan PAŞA Sığorta korporativ və fərdi müştərilərə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Müştərilərinin məmnuniyyətini daima yüksək səviyyədə saxlayan PAŞA Sığorta 10 illik fəaliyyət müddəti ərzində ümumilikdə 115 890 100 AZN sığorta ödənişi edib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətidir.

Paylaş:
857

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər