EBSCO xidmətlərindən istifadə: BANM və Heriot-Vatt Universiteti nümunəsində - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

EBSCO xidmətlərindən istifadə: BANM və Heriot-Vatt Universiteti nümunəsində - FOTO

12:11 - 24 / 11 / 2016
EBSCO xidmətlərindən istifadə: BANM və Heriot-Vatt Universiteti nümunəsində - FOTO

Bakı Ali Neft Məktəbində (BANM) Ali Məktəb və Heriot-Vatt Universitetinin nümunəsində EBSCO Discovery xidmətlərinin (EDS) resurslarından istifadə ilə bağlı informasiya bacarıqlarının inkişafına yönəlmiş təlim keçirilib.

Bu haqda 1news.az-a BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.         

Müəllim və yuxarı kurs tələbələri üçün keçirilən təlimi EBSCO Information Service (Praqa, Çexiya Respublikası) şirkətinin MDB üzrə regional meneceri İrina Kreysarova və şirkətin Rusiya və MDB ölkələrində təlimlər üzrə mütəxəssisi Tamila Mirkamalova keçiblər.

Təlim çərçivəsində EDS bazasında BANM və Heriot-Vatt Universitetinin tammətnli elektron resurslarından elmi-tədqiqat və tədris proseslərində istifadə üzrə praktik məşqlər keçirilib. Dinləyicilərə, həmçinin BANM-in EBSCO Discovery Xidməti vasitəsi ilə ictimaiyyətə açıq olan 3.400-dən artıq elektron kitabından ibarət yeni kitabxana kolleksiyası təqdim edilib.

EBSCO Information Service şirkətinin BANM ilə uğurlu əməkdaşlığından bəhs edən İrina Kreysarova deyib ki, “BANM-in kitabxanasını fərqləndirən cəhət burada innovasiya texnologiyalarından fəal istifadə olunmasıdır, Ali Məktəbin əməkdaşları isə akademik biliklərin müasir elektron formatda gənclərə necə çatdırılmalı olduğunu gözəl başa düşürlər. Eyni zamanda, məmnuniyyətlə qeyd etmək istərdim ki, Ali Məktəbin təcrübəli müəllimləri yeni biliklərin öyrənilməsində maraqlıdırlar və ən qabaqcıl metodikaları öyrənməyə hazırdırlar.  Etiraf edim ki, heç də hər zaman akademik mühitdə bu dərəcədə maraq göstərən və diqqətli auditoriyayaya rast gəlmək olmur”. 

EBSCO Information Services şirkəti EBSCO Industries Inc. bölməsi olub kitabxanalar üçün elektron resurslar təchiz edən aparıcı şirkətdir. EBSCO Discovery Service şirkətinin məhsulu dünyanın 8.600-dən artıq universitetində elmi-tədqiqat məqsədləri ilə istifadə olunur. BANM-də bu sistem 2015-ci ildən tətbiq olunur və Ali Məktəbin internet səhifəsi vasitəsi ilə istifadə oluna bilir.

1news.az

Paylaş:
827

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər