ABŞ-ın Azərbaycandakı səfirliyi viza verilməsi qaydasını sadələşdirdi | 1news.az | Xəbərlər
Cəmiyyət

ABŞ-ın Azərbaycandakı səfirliyi viza verilməsi qaydasını sadələşdirdi

15:58 - 25 / 11 / 2016
ABŞ-ın Azərbaycandakı səfirliyi viza verilməsi qaydasını sadələşdirdi

ABŞ səfirliyi konsulluq şöbəsinin davam etdiyi konsulluqda müştəri xidmətlərinin təkmilləşdirilməsi və viza prosesinin sürətləndirməsi sahəsində göstərdiyi səylərinin bir hissəsi olaraq ABŞ vizalarını yeniləmək üçün müəyyən təcrübəli ərizəçilər üçün Azərbaycanda Müsahibəsiz Güzəştli Viza Proqramını tətbiq edir.

1news.az-a ABŞ-ın Azərbaycandakı səfirliyindən verilən xəbərə görə, artıq bütün tələblərə cavab verən, öz vizalarını təzələmək istəyən və vizalarının müddətinin başa çatmasına 12-48 ay qalmış Azərbaycan vətəndaşlarının konsulla görüşmələri tələb olunmayacaq.

Təcrübəsi olan ərizəçilər yalnız viza üçün ərizə formasını doldurmalı, DS-160 tamamlanmış ərizə formasının sürətini çıxartmalı, viza rüsumunu ödəyib, vacib olan sənədlərin hamısını Visa Document Courier Services (Viza Sənədlərin Kuryer Xidmətinə) təqdim etməlidirlər. 1 yanvar 2008-ci il tarixinə kimi viza alan şəxslər səfirliyə gəlib öz barmaq izlərini verməlidirlər.

Konsul ərizə paketini nəzərdən keçirəndən sonra qərar qəbul edəcək. Konsulun əlavə  sualları olmadan viza 5 gün ərzində götürmək üçün hazır ola bilər. Əgər konsulun ərizə ilə bağlı hər-hansı sualı olsa ərizəçi ilə əlaqə saxlanılıb səfirlikdə müsahibə təşkil olunacaq.

ABŞ-ın Bakıdakı səfirliyi Müsahibəsiz Güzəştli Viza Proqramı həyata keçirməklə ABŞ vizasını  təzələmək istəyən Azərbaycan vətəndaşlarının viza ərizə prosesini daha tez və rahat şəkildə keçirilməsinə çalışır.

Onlayn şəkildə viza ilə bağlı görüşü planlaşdırarkən Müsahibəsiz Güzəştli Viza Proqramında iştirak etmək məqsədi ilə təcrübənizi araşdırmaq üçün sizdən bir sıra suallar soruşacaqlar.

1news.az

Paylaş:
838

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər