Bakıda xəstəxanada itihar baş verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda xəstəxanada itihar baş verib

22:40 - 25 / 11 / 2016
Bakıda xəstəxanada itihar baş verib

Bakıdakı 1 saylı Kliniki Tibbi Mərkəzdə intihar baş verib.

1news.az Report-a istinadən xəbərinə görə, 64 yaşlı Yuri Protopov özünü xəstəxananın Cərrahiyyə şöbəsinin yerləşdiyi 3-cü mərtəbənin pəncərəsindən ataraq intihar edib.

Faktı təsdiqləyən mərkəzin direktor müavini Adil Salahov deyib ki, intihar edən şəxs bir ay əvvəl səhiyyə müəssisəsində müalicə alıb:

“Lakin Yuri Protopovun intiharının bizimlə heç bir əlaqəsi yoxdur. O, mərkəzdə həzm sistemindəki problemlə bağlı müalicə alıb və noyabrın 2-də evə buraxılıb”.

Qeyd edək ki, intihar edən şəxsin meyiti morqa təhvil verilib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

1news.az

Paylaş:
764

Son xəbərlər

Bütün xəbərlər