“Virtual həyat təkcə məlumat vermir, həm də riskli məsələdir” - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Virtual həyat təkcə məlumat vermir, həm də riskli məsələdir” - VİDEO

23:14 - 25 / 11 / 2016
“Virtual həyat təkcə məlumat vermir, həm də riskli məsələdir” - VİDEO

APA.TV-nin efirində yayımlanan “Manşet” verilişində “Azərbaycan gənci nə isəyir və düşünür” mövzusunda müzakirə aparılıb.

1news.az xəbər verir ki, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov mövzu ilə bağlı aparıcı İlham Tumasın suallarını cavablandırıb.

R.Abbasov bildirib ki, virtual həyat təkcə məlumat vermir, həm də riskli məsələdir. Bu gün gənclər sadə bir fikri çatdıra bilmirlər, virtualda gün keçirən gənclik gerçəklikdən uzaqlaşır və reallıqla üzləşəndə çaş-baş qalır:

“Bir zamanlar kitablarda, jurnallarda müsbət qəhrəman var idi. Sosial həyatda  qəhrəmanlar yoxdur. Gənc qısa müddətdə özünə o qədər qəhrəman seçmək istəyir ki, bu da fobiya yaradır.

Biz ilk növbədə valideyn hazırlamalıyıq, valideynlə işləməliyik. Çünki övladı istiqamətləndirən həm də valideyndir. Bəzən valideynlər sosial həyatdan gələn problemləri bilmirlər, nəticədə belə məqamlarda uşaqları istiqamətləndirməkdə çətinlik çəkirlər.

Azərbaycançılıq ideologiyamız hər yerdə getməli, təbliğ edilməlidir. Televiziyanın imkanları böyükdür və televiziya vasitəsilə gənclərə lazım olan mesajları ötürməliyik”.

O sözlərinə əlavə edib ki, Sovetlər Birliyi dövründə Azərbaycan idmanına da zərər dəydi. Çünki məqsədli şəkildə komanda idman növlərinin Azərbaycanda inkişafına imkan verilmirdi.

“Ona görə əvvəlcə mütəxəssis hazırlamaq lazımdır ki, komanda idman növü də inkişaf etsin.

Bugünkü gənclik sürətlə və düzgün düşünür və bu gün bizə məhz peşəkar gənclik lazımdır. Bununla yanaşı, gənclərin gördüyü işlərlə bərabər elmi işlərinə, təhsilə də üstünlük verilməlidir. İstər gənc, istər idmançı mütaliəyə üstünlük verməlidir. Təhsil, mütaliə - bunlar insanı inkişaf etdirən amillərdir.

“Eurovision”a ev sahibliyi edəndə artıq məsuliyyəti hiss etmişdik. Onun arxasınca Avropa Oyunları oldu, daha sonra Formula-1 yarışları, daha sonra İslam Həmrəylik Oyunları olacaq. Uğurlu iş arxasınca uğur gətirir. Müstəqilliyinin 24 yaşı olan bir dövlət üçün bunlar uğurdur. Bir ölkə hazırlıqlı deyilsə, nəinki böyük layihə, adi tədbirin öhdəsindən belə gələ bilməz. Artıq Azərbaycan belə layihələrə daim hazırlıqlıdır”.

1news.az

Paylaş:
2443

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər