Qadın sərnişin özünü təyyarədən yerə atdı | 1news.az | Xəbərlər
Rəsmi

Qadın sərnişin özünü təyyarədən yerə atdı

19:49 - 29 / 11 / 2016
Qadın sərnişin özünü təyyarədən yerə atdı

ABŞ-ın Hyuston ştatında Corc Buş adına hava limanında qəribə hadisə baş verib.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, qadın sərnişin təyyarənin təcili çıxış yolundan özünü yerə atıb.

Qeyd olunur ki, insident təyyarənin yerə endiyi, lakin hələ də hərəkətdə olduğu zaman baş verib.

Qadın təyyarənin qanadının üstünə dırmaşaraq yerə atılıb və terminala doğru qaçıb, lakin polislər tərəfindən saxlanılıb.

Sərnişinə psixiatriya ekspertizası təyin olunub.

1news.az

Paylaş:
544

Son xəbərlər

Bütün xəbərlər