“Yaşıl söhbət klubu” layihəsi çərçivəsində növbəti görüş keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Yaşıl söhbət klubu” layihəsi çərçivəsində növbəti görüş keçirilib – FOTO

12:49 - 29 / 11 / 2016
“Yaşıl söhbət klubu” layihəsi çərçivəsində növbəti görüş keçirilib – FOTO

Gənclərin ekoloji məsələlərə cəlb edilməsi və onların ətraf mühitin mühafizəsinə töhfə vermələri, ekoloji problemlərlə mübarizəyə qoşulmaları naminə irimiqyaslı layihələr həyata keçirən IDEA İctimai Birliyi “Yaşıl söhbət klubu” (Green Conversation Club) layihəsi çərçivəsində növbəti görüş keçirilib. 

1news.az-a birlikdən verilən xəbərə görə, görüş 25 noyabr tarixində IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində 30 nəfərə yaxın gəncin iştirakı ilə baş tutub.

Klubun bu dəfəki mövzusu israfçılıq və həddən artıq istifadəyə həsr olunmuşdur. Daha sonra gənclər ətraf mühitin mühafizəsi naminə təbiət resurslarından qənaətlə istifadə, təkrar istifadə və təkrar emalla bağlı geniş müzakirələr aparmış, mövzu ilə bağlı qısa videoçarxlar izləyərək təəssüratlarını bölüşmüş, gündəlik həyatda bu ekoloji problemlərlə mübarizənin yolları haqda fikir mübadiləsi ediblər

ABŞ-ın Azərbaycandakı səfirliyi və Azərbaycan Beynəlxalq Məktəbinin (TİSA) nümayəndələri klubun xüsusi qonaqları qismində çıxış edərək mövzu ilə bağlı öz fikir və təcrübələrini gənclərlə bölüşlər.

IDEA İctimai Birliyi Yaşıl Söhbət klubu layihəsinə gənc ekoloqların ətraf mühitlə bağlı biliklərini və onların xarici dil (ingilis dili) səviyyələrini təkmilləşdirmələri məqsədi ilə 2012-ci ilin iyun ayında start vermişdir. Yaşıl söhbət klubu ilk gündən ətraf mühit və davamlı inkişaf sahələrində təhsil alan tələbə və gənc mütəxəssislərin ingilis dilində söhbət etdiyi rahat tədris məkanı olub.

Həm ekoloji, həm də ingilis dili biliklərini eyni vaxtda inkişaf etdirmək istəyən şəxsləri hər ay ətraf mühitlə bağlı müxtəlif mövzulara həsr ediləcək Yaşıl söhbət klubuna qoşulmağa dəvət edirik. Klubun görüşləri barədə IDEA-nın internet resurslarında (www.ideacampaign.org, www.instagram.com/idea_campaign və https://www.facebook.com/ideacampaign.org) mütəmadi olaraq məlumat veriləcək.

1news.az

Paylaş:
491

Son xəbərlər

Murad İsmiyevin növbəti uğuru - FOTO19 / 09 / 2024, 19:12Nəsimidə qəzaya görə yola qoyulan məhdudiyyət aradan qaldırılıb - FOTO - YENİLƏNİB19 / 09 / 2024, 18:27Azərbaycan komandası “Teknofest”də yarışın qalibi olub19 / 09 / 2024, 17:47Silk Way West Airlines Qlobal Hava Yükdaşıma Partnyoru kimi COP29-a qoşuldu19 / 09 / 2024, 17:45İlham Əliyev Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib - YENİLƏNİB19 / 09 / 2024, 17:43Azərbaycanda ötən il ilk dəfə nikaha daxil olanların yaş qrupları açıqlanıb19 / 09 / 2024, 17:35Paytaxtın daha bir küçəsində hərəkət qismən məhdudlaşdırılacaq19 / 09 / 2024, 17:23Suraxanıda saxta yuyucu vasitələr istehsal edən sex aşkarlandı19 / 09 / 2024, 17:10“Neftçi” böhran içində: Kimdir müqəssir, yaxud çıxış yolu nədədir?19 / 09 / 2024, 17:08Muxtar Babayev BMT nümayəndəsi ilə COP29-la bağlı hazırlıq tədbirlərini müzakirə edib19 / 09 / 2024, 17:05Prezident Şuşada Bayraq Meydanının açılışında iştirak edib19 / 09 / 2024, 16:59“Neftçi” Qara Qarayevlə müqaviləyə xitam verib19 / 09 / 2024, 16:46ADY və “TCDD Taşımacılık” Orta Dəhlizlə yükdaşımakların artırılmasını müzakirə edib19 / 09 / 2024, 16:44Dövlət başçısı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışında iştirak edib19 / 09 / 2024, 16:31Prezident Xankəndi şəhərinin Zəfər meydanında Konqres Mərkəzinin tikintisi ilə tanış olub19 / 09 / 2024, 16:19Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub19 / 09 / 2024, 16:17İlham Əliyev Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub19 / 09 / 2024, 16:16“Yaşıl dünya naminə həmrəylik ili audiovizual mediada” mövzusunda seminar keçirilirib19 / 09 / 2024, 16:15Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib19 / 09 / 2024, 15:59İqlim qəhrəmanları - FOTO19 / 09 / 2024, 15:56
Bütün xəbərlər