İlham Əliyev Ərdoğana başsağlığı verdi
Azərbaycan Prezidenti Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana bağsağlı verib.
1news.az dövlət başçısının saytına istinadən xəbər verir ki, məktubda aşağıdakılar qeyd edilib:
“Əziz Qardaşım,
Adana vilayətinin Aladağ rayonunda şagird yataqxanasında baş vermiş yanğın nəticəsində insan tələfatı və yaralananlar barədə xəbər bizi son dərəcə kədərləndirdi.
Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!”
1news.az
632