Sabahdan 8 rayonda analoq televiziya yayımı dayandırılcaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabahdan 8 rayonda analoq televiziya yayımı dayandırılcaq

14:00 - 30 / 11 / 2016
Sabahdan 8 rayonda analoq televiziya yayımı dayandırılcaq

Sabahdan, dekabrın 1-dən etibarən 8 rayonda - Şamaxı, Qobustan, Siyəzən, Şabran, Xızı, Quba, Qusar, Xaçmaz rayonlarında analoq televiziya yayımı dayandırılacaq.

1news.az xəbər verir ki, bu barədə “Report”a Milli Televiziya və Radio Şurasının (MTRŞ) Texniki şöbəsinin müdiri İsa Məmmədov bildirib.

O deyib ki, MTRŞ-nın noyabrın 18-də bununla bağlı qəbul etdiyi qərarda dəyişiklik yoxdur:

“Dekabrın 1-dən 8 rayonda analoq televiziya yayımı dayandırılacaq. Həmin gün ümumi rayonlar üzrə quraşdırılmış təxminən 330 analoq televiziya stansiyasından 77-si söndürüləcək. 330 analoq televiziya stansiyasını hələlik 145 rəqəmli televiziya stansiyası əvəz edəcək. Amma gələcək günlərdə rəqəmli TV stansiyalarının sayı 190-a qədər çatdırılacaq”.

İ.Məmmədov bildirib ki, sonrakı mərhələdə 32, daha sonra 14 rayonda analoq yayım dayandırılacaq.

Qeyd edək ki, Milli Televiziya və Radio Şurası əhalinin rahatlığının təmin edilməsi, analoq TV qəbulediciləri vasitəsilə rəqəmli TV yayımının izlənməsi üçün tələb olunan zəruri avadanlığın - dekoderlərin (“Set-Top-Box”-ların) əldə olunması işinin asanlaşdırılması məqsədilə respublikanın regionlarında analoq yayımın mərhələli şəkildə dayandırılması məqsədəmüvafiq hesab edib və Şuranın 10 saylı qərarında dəyişiklik olunub. Edilən dəyişikliyə əsasən regionlarda analoq yayımın dayandırılmasının 3 mərhələdə həyata keçirilməsi barədə qərar qəbul edilib.

II mərhələdə analoq yayımın (dekabrın 10-dan) Ağsu, İsmayıllı, Kürdəmir, Zərdab, Saatlı, Sabirabad, Ağcabədi, Ağdam, Ucar, Gəncə, Samux, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Ağstafa, Qazax, Tovuz, Tərtər, Naftalan, Bərdə, Goranboy, Mingəçevir, Yevlax, Ağdaş, Göyçay, Qəbələ, Oğuz, Şəki, Zaqatala, Balakən, Qaxda, III mərhələdə (dekabrın 20-dən) Şirvan, Salyan, Neftçala, Haciqabul, İmişli, Beyləqan, Füzuli, Cəlilabad, Biləsuvar, Lənkəran, Masallı, Yardımlı, Lerik, Astarada dayandırılması nəzərdə tutulur.

1news.az

Paylaş:
451

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər