Böyük Britaniyanın Azərbaycanın müstəqilliyini tanımasının 25 illiyi ilə bağlı qəbul təşkil edilib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Böyük Britaniyanın Azərbaycanın müstəqilliyini tanımasının 25 illiyi ilə bağlı qəbul təşkil edilib - FOTO

23:11 - 30 / 11 / 2016
Böyük Britaniyanın Azərbaycanın müstəqilliyini tanımasının 25 illiyi ilə bağlı qəbul təşkil edilib - FOTO

Noyabrın 30-da Böyük Britaniyanın Azərbaycanın müstəqilliyini tanımasının 25 illiyi ilə əlaqədar qəbul təşkil edilib.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, qəbulda çıxış edən Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Meri Krofts ötən illər ərzində əlaqələrin artıq həyatın bütün sahələrini əhatə etdiyini bildirib. Səfir Azərbaycan ilə əlaqələrin yeni məcrada inkişafını tədqiq etmək üçün geniş potensialın olduğunu vurğulayıb. O, iki ölkə arasında əlaqələrin dostluq və əməkdaşlıq ruhunda inkişaf etdiyini bildirərək Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Nikolsonun geniş ticarət missiyası ilə Bakıya səfər etdiyini vurğulayıb.

Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Britaniya hökumətinin 25 il əvvəl Azərbaycanın müstəqilliyini tanımaqla bağlı qərarının ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini deyib. O bildirib ki, bu addım diplomatik əlaqələr qurmaq və bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək imkanı verdi: “Bu müddət ərzində əlaqələri inkişaf etdirdik. İlk növbədə bu, neft və qaz sahəsində baş verdi. Ümid edirik ki, gələcək əməkdaşlığımız daha güclü və daha dərin, xalqlarımız üçün faydalı olacaq”.

Daha sonra çıxış edən Baronessa Nikolson Böyük Britaniyanın Azərbaycanın müstəqilliyini tanıyan beşinci ölkə olduğunu söyləyib. Azərbaycan üzrə ticarət elçisi olmaqdan məmnunluğunu bildirən Baronessa Nikolson ölkəmizlə bir çox istiqamətlərdə əlaqələrin inkişafı üçün çalışdığını vurğulayıb.

1news.az

Paylaş:
508

Son xəbərlər

AMB 26 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:21Bakının sıxlıq olan küçə və prospektləri - SİYAHIBu gün, 09:18Prezident İlham Əliyev Donald Trampa zəng edibBu gün, 09:16Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14
Bütün xəbərlər