Tvinninq layihəsi yekunlaşdı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Tvinninq layihəsi yekunlaşdı - FOTO

23:19 - 30 / 11 / 2016
Tvinninq layihəsi yekunlaşdı - FOTO

Noyabrın 30-da Avropa İttifaqının Qonşuluq Siyasəti çərçivəsində “İnsan resurslarının inkişafı sahəsində Azərbaycan Respublikasının Vergilər Nazirliyinə dəstək” Tvinninq layihəsinin yekunları ilə bağlı təqdimat mərasimi keçirilib.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, mərasimdə çıxış edən Azərbaycan Respublikası vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib ki, 27 ay davam edən Tvinninq Layihəsinin icrası zamanı Vergilər Nazirliyinin aidiyyəti əməkdaşları insan resurslarının idarə edilməsi, risklərin analizi üçün informasiyaların toplanması və təhlili üsulları sahəsində İspaniya və Fransa Vergi Administrasiyalarının ən yaxşı təcrübələrini ətraflı şəkildə öyrəniblər.

Bu müddət ərzində insan resurslarının inkişafı sahəsində uzunmüddətli strategiya və tədbirlər planının layihəsi, insan resurslarının idarə edilməsi sahəsində bir sıra qaydalar, tədris-təlim proqramları, üsulları və təlim keçmək üçün metodik materiallar, o cümlədən yekun hesabat hazırlanıb, 2 kitab nəşr olunub.

S.Ələkbərov layihə üzrə görülmüş və bundan sonra görülməsi nəzərdə tutulan işlərin ölkədə aparılan islahatlar çərçivəsində vergi inzibatçılığının daha da təkmilləşdirilməsinə və vergi daxilolmalarının artımına öz töhfəsini verəcəyinə əminliyini diqqətə çatdırıb.

Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin əməkdaşı Jeron Villeams çıxışında ölkəmizin Avropaya inteqrasiyasının bir qədər də dərinləşməsi istiqamətində həyata keçirilən proqramların əhəmiyyətinə toxunaraq, münasibətlərin  yeni mərhələyə qədəm qoyduğunu vurğulayıb. Bildirib ki, bu layihə Azərbaycanın vergi sisteminin daha da təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində atılan mühüm addımlardandır. Müasir tədris alətlərinin tətbiqini yüksək qiymətləndirən J.Villeams Azərbaycanın vergi sisteminin biliklərə əsaslanan, inkişaf etmiş insan resursları ilə idarə olunan innovativ cəmiyyətin tərkib hissəsi olduğunu və Tvinninq layihəsinin bu sahəyə xüsusi töhfə verdiyini bildirib.

Tədbirdə Fransanın Azərbaycandakı səfirliyinin 1-ci müşaviri xanım Fabienne Drout Lozinski, İspaniyanın müvəqqəti işlər vəkili Jose Luis Dies, Tvinninq layihəsinin rəhbərləri Asəf Əsədov, Qonzalo Qomez de Liano və Noel Claudion təqdimatlarla çıxış edərək layihə barədə ətraflı məlumat veriblər.

Vergilər Nazirliyinin İnsan Resursları İdarəsinin rəisi, baş vergi xidməti müşaviri Faiq Şahbazov Tvinninq Layihəsinin icra vəziyyəti məlumat verərək bildirib ki, layihənin icrası zamanı dövlət vergi orqanlarında insan resurslarının idarə edilməsi sahəsində bir sıra təkmilləşdirmə işləri aparılıb, yeniliklər tətbiq edilib. Layihənin nəticəsi olaraq dövlət vergi orqanlarında orta menecer vəzifələrinin tutulması üçün daxil müsabiqənin keçirilməsi qaydaları, yuxarı menecer vəzifələrinin tutulması üçün kadr ehtiyatının yaradılması və idarə olunması mexanizmi yaradılıb. Görülən işlər çərçivəsində rəhbər vəzifəli şəxslərin seçilməsi və inkişafı üçün fərqli proseduralar müəyyən edilib. Bu istiqamətdə “Dövlət vergi orqanlarında orta menecer vəzifələrinin tutulması üçün keçirilən müsahibə Qaydaları” və “Dövlət vergi orqanlarında yuxarı menecer vəzifələrinin tutulması üçün kadr ehtiyatının yaradılması və idarə olunması Qaydaları” adlı iki mühüm sənəd qəbul olunub. Layihənin icrasının yekunu olaraq Nazirliyin insan resurslarının inkişafı üzrə yeni strategiyasının və tədbirlər planının layihələri hazırlanıb.

Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəisi, vergi xidməti müşaviri Əli Həsənov Tvinninq Layihəsinin komponentləri barədə məlumat verərək bildirib ki, artıq bu layihədən faydalanaraq e-tədris sisteminin tətbiqinə nail olunub. Bundan əlavə, təlim-tədris proseslərinin metodoloji və təşkilati bazasının təkmilləşdirilməsi məqsədilə bir sıra daxili təlimatlar, tövsiyələr, proqram təminatları hazırlanıb.

Layihə çərçivəsində Vergilər Nazirliyinin Tədris Mərkəzi ilə İspaniya Kralığının Maliyyə Nazirliyinin Fiskal Tədqiqatlar İnstitutu arasında gələcək əməkdaşlığa dair memorandumun imzalanması üçün zəruri müzakirələr aparılıb və bu barədə şifahi razılıq əldə edilib.

Tədbirdə Avropa İttifaqının, BMT-nin, Dünya Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycandakı təmsilçiləri, dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, ali təhsil müəssisələrinin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

1news.az

Paylaş:
521

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər