Hərbi Dəniz Qüvvələrində növbəti buraxılış mərasimi keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Hərbi Dəniz Qüvvələrində növbəti buraxılış mərasimi keçirilib

13:02 - 30 / 11 / 2016
Hərbi Dəniz Qüvvələrində növbəti buraxılış mərasimi keçirilib

Noyabrın 30-da Hərbi Dəniz Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının növbəti buraxılış mərasimi keçirilib.

1news.az Müdafiə Nazirliyinə (MN) istinadən xəbər verir ki, mərasimin açılışında Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Buraxılış mərasimində çıxış edənlər kursantları təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb və fərqlənən hərbi qulluqçular fəxri fərmanla təltif edilib.

Sonda xatirə şəkili çəkilib.

1news.az

Paylaş:
422

Son xəbərlər

Bütün xəbərlər