Samir Şərifov gələn ilin dövlət büdcəsinə yenidən baxılmasını şərtləndirən amilləri açıqlayıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Samir Şərifov gələn ilin dövlət büdcəsinə yenidən baxılmasını şərtləndirən amilləri açıqlayıb

13:10 - 01 / 12 / 2016
Samir Şərifov gələn ilin dövlət büdcəsinə yenidən baxılmasını şərtləndirən amilləri açıqlayıb

Maliyyə naziri Samir Şərifov gələn ilin dövlət büdcəsinə yenidən baxılmasını şərtləndirən amilləri açıqlayıb.

Nazir bunu Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Mədəniyyət komitələrinin birgə iclasında 2017-ci il üzrə dövlət büdcəsinin layihəsini müzakirəsi zamanı deyib.

S.Şərifov sözlərinə görə, 2017-ci il və orta müddətli dövrdə dövlət büdcəsinin gəlir və xərclərinin icrası üçün bir sıra risk faktorları mövcuddur:

"Bunlar ilk növbədə dünya bazarında xam neftin qiymətinin büdcədə nəzərdə tutulandan daha da ucuzlaşmasıdır. Bilirsiniz ki, dövlət və icmal büdcənin gəlirlərinin hesablanması üçün 1 barel xam neftin qiyməti 40 dollardan götürülüb. Yəni, neftin qiymətinin bu səviyyədən az olması, qeyri-neft sektorunda artımın nəzərdə tutulan səviyyədə olmaması, ölkədə iqtisadi artımın proqnozlaşdırılandan daha az olması və xarici mühitdə baş verəcək digər mənfi meyllər nəticəsində dövlət büdcəsinin icrasında müəyyən çətinliklər mümkün ola bilər.

Risk faktorlarının gerçəkləşdiyi təqdirdə yarana biləcək kəsiri bağlamaq üçün dövlət və icmal büdcənin xərclərinin azaldılması və digər zəruri tədbirlərin görülməsi istiqamətində atılacaq addımlar kifayət etmədikdə dövlət büdcəsi layihəsinə baxılması istisna edilmir".

APA

Paylaş:
582

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər