Ali təhsil müəssisələri üçün yeni akkreditasiya qaydaları hazırlanır | 1news.az | Xəbərlər
Cəmiyyət

Ali təhsil müəssisələri üçün yeni akkreditasiya qaydaları hazırlanır

14:02 - 01 / 12 / 2016
Ali təhsil müəssisələri üçün yeni akkreditasiya qaydaları hazırlanır

Təhsil Nazirliyinin  Akkreditasiya və Nostrifikasiya İdarəsi tərəfindən ali təhsil müəssisələrinin akkreditasiyasının yeni qaydaları hazırlanır.

1news.az xəbər verir ki, bunu lent.az-a eksklüziv açıqlamasında Təhsil Nazirliyinin  Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəhbəri Samir Vəliyev deyib.

S.Vəliyev bildirib ki, hazırda mövcud olan akkreditasiya qaydaları bugünkü günün tələblərinə uyğun deyil:

“Yeni qaydaların hazırda qüvvədə olan mövcud qaydalardan qismən fərqliliyi var. Həmin qaydaları Avropa təhsil sisteminin standart və meyarlarına uyğunlaşdırmışıq. Təbii ki Avropa standart və tələbləri tam olaraq yeni qaydalarda öz əksini tapmayıb. Yeni qaydalar  Azərbaycanda təhsilin vəziyyəti nəzərə alınaraq hazırlanıb. Bu qaydalar yaxın bir neçə il üçün nəzərdə tutulan qaydalardır”.

S.Vəliyev deyib ki, akkreditasiya komissiyasının tərkibinə işəgötürən və təhsilalanların cəlb olunması da vacib xarakter daşıdığı üçün bu, yeni qaydalarda da nəzərə alınıb:

“Eləcə də yeni qaydalarda özünü təhlillə bağlı təhsil müəssisələri üçün tələblər fərqli qoyulub. Bütövlükdə akkreditasiya qaydalarında yetərli şəkildə dəyişikliklər mövcuddur”.

Bundan başqa, orta ümumtəhsil, orta ixtisas məktəbləri, peşə məktəblərinin də akkreditasiya qaydaları hazırlanır:

“Bir sözlə, yeni qaydalar təhsilin bütün pillələri üzrə hazırlanacaq. Ümumtəhsil, orta,  ali təhsil üçün fərqli qaydaların hazırlanması istiqamətində işlər aparılır”.

S.Vəliyev qeyd edib ki, yeni qaydalar ekspertlər tərəfindən qiymətləndirildikdən sonra, Nazirlər Kabinetinə təqdim ediləcək. Qaydalar  təsdiqləndikdən sonra ali təhsil müəssisələrinin məlumatlandırılması istiqamətində işlər görüləcək.

1news.az

Paylaş:
1067

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər