İlham Əliyev yenidən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev yenidən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilib

15:10 - 01 / 12 / 2016
İlham Əliyev yenidən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilib

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) dekabrın 1-də keçirilən VII hesabat-seçki baş məclisində Prezident İlham Əliyev yenidən MOK-un prezidenti seçilib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, baş məclisdə komitənin vitse-prezidenti Çingiz Hüseynzadə “Milli Olimpiya Komitəsinin 2013-2016-ci illərdəki fəaliyyəti” haqqında məruzə ilə çıxış edib.

Bildirib ki, dövlətimizin başçısı İlham Əliyevin göstəriş və tövsiyələrini rəhbər tutan MOK işini Olimpiya Xartiyası və nizamnaməsinin tələbləri əsasında qurub, fəaliyyətini ölkə Olimpiya hərəkatının və idmanın inkişafına xidmət edən məqsədləri həyata keçirməyə yönəldib. Bu gün Azərbaycanın dünyanın aparıcı idman ölkələrindən biri kimi tanınmasında MOK-un məqsədyönlü fəaliyyətinin özünəməxsus yeri vardır.

Sonra Təftiş Komissiyasının sədri Hicran Şərifov hesabat məruzəsi ilə çıxış edib.

Gənclər və idman naziri Azad Rəhimov bildirib ki, Azərbaycanda idmanın inkişafı getdikcə geniş vüsət alır və bu, yeni-yeni uğurlara vəsilə olur. Müstəqilliyini bərpa edəndən bu günədək Azərbaycan idmançıları müxtəlif səviyyəli beynəlxalq yarışlarda minlərlə medal əldə ediblər.

Qeyd olunub ki, son illər Azərbaycan mötəbər idman tədbirlərinə ev sahibliyi edir. Bu, ölkəmizin idman sahəsində uğurlarının, dövlətin bu sahəyə qayğısının nəticəsidir. Beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi üçün ölkəmizdə təşkilati baxımdan da yüksək şərait və imkan var. Bu, eyni zamanda, ölkəmizdə idmanın kütləviliyinin artmasına, gəncliyin sağlam ruhda yetişməsinə kömək edir.

Sonra MOK-a prezident seçkiləri keçirilib. Yeganə namizəd olan dövlətimizin başçısı İlham Əliyev yekdilliklə yenidən Milli Olimpiya Komitəsinin prezidenti seçilib.

Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva yenidən

MOK-un İcraiyyə Komitəsinin üzvləri seçiliblər.

Sonra MOK-un Təftiş Komissiyasının üzvləri seçilib.

1news.az

Paylaş:
543

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər