Azərbaycanda tanınmış idmançı həbs edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda tanınmış idmançı həbs edildi

09:42 - 01 / 12 / 2016
Azərbaycanda tanınmış idmançı həbs edildi

Tanınmış idmançı tutulub.

1news.az apasport.az-a istinadən xəbər verir ki, K-1 döyüş növü üzrə məşqçi “Pro-Rinq” Rövşən Heybətov saxlanılıb.

Bu barədə vəkil Ceyhun Yusifov məlumat verib. Vəkilin dediyinə görə, o, 100 min manatı dələduzluq yolu ələ keçirilməkdə ittiham olunur.

Noyabrın 25-də Xətai rayon Məhkəməsinin qərarı ilə Rövşən Heybətova Cinayət Məcəlləsinin 178.3.2 ( külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham verilib və barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Ceyhun Yusifov bildirib ki, Xətai rayon məhkəməsinin qərarından apellyasiya şikayəti veriblər.

1news.az

Paylaş:
591

Son xəbərlər

Bütün xəbərlər