Şəki “Türk dünyasının mədəniyyət paytaxtı” estafetini Qazaxıstanın Türküstan şəhərinə ötürüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəki “Türk dünyasının mədəniyyət paytaxtı” estafetini Qazaxıstanın Türküstan şəhərinə ötürüb

23:00 - 01 / 12 / 2016
Şəki “Türk dünyasının mədəniyyət paytaxtı” estafetini Qazaxıstanın Türküstan şəhərinə ötürüb

Dekabrın 1-də Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında “Türk dünyasının mədəniyyət paytaxtı – Şəki-2016” ilinin təntənəli bağlanış mərasimi olub.

1news.az Azərtac-a istinadən xəbər verir ki, Tədbirə Mədəniyyət və Turizm Nazirliyinin, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un, Şəki Şəhər İcra Hakimiyyətinin rəsmiləri, TÜRKSOY-a üzv ölkələrin mədəniyyət nazirləri Daimi Şurasının 34-cü toplantısının iştirakçıları, şəhər ictimaiyyətinin nümayəndələri qatılıblar.

Bağlanış mərasimindən əvvəl teatrın foyesində TÜRKSOY-un rəsm sərgisinin açılışı olub. Sərgidə türk dünyasının 14 ölkəsini təmsil edən 17 rəssamın Şəkidə olduqları müddətdə çəkdikləri rəsm əsərləri nümayiş etdirilib. Bu rəsmlərdə Şəkinin təbiət gözəllikləri, tarixi abidələri, sənətkarları, sadə insanları əks olunub. Sərgidə nümayiş etdirilən əsərlərin bir qismi daha sonra TÜRKSOY-un iqamətgahına göndəriləcək.

Şəkili rəssam Mənsur Əzizlinin “Nar” əsəri təşkilatçılar tərəfindən xüsusilə yüksək qiymətləndirilib və o, sərginin qalibi seçilib.

Tədbirdə Şəkinin “Zirvə” ansamblı, yerli və paytaxtdan gəlmiş incəsənət ustaları, rəqs kollektivləri rəngarəng konsert proqramı ilə çıxış ediblər.

Daha sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və TÜRKSOY-un baş katibi Düsen Kaseinov çıxış edərək, Şəkinin “Türk dünyasının mədəniyyət paytaxtı” kimi şərəfli və məsuliyyətli vəzifənin öhdəsindən layiqincə gəldiyini vurğulayıb, şəhər rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, belə tədbirlər türk xalqları arasında dostluq və mədəni əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov il çərçivəsində nəzərdə tutulan tədbirlərin keçirilməsinə göstərdiyi dəstəyə görə TÜRKSOY-un və Mədəniyyət və Turizm Nazirliyinin rəhbərlərinə şəhər sakinləri adından təşəkkür edib. Qurumların rəhbərlərinə Şəkidə toxunan xalça hədiyyə olunub.

Sonda Elxan Usubov “Türk dünyasının mədəniyyət paytaxtı”nın rəmzi simvolunu 2017-ci il üçün yeni mədəniyyət paytaxtı seçilmiş Qazaxıstan Respublikasının Türküstan şəhərinin meri Alıpbek Userbayevə təqdim edib.

1news.az

Paylaş:
736

Son xəbərlər

Murad İsmiyevin növbəti uğuru - FOTO19 / 09 / 2024, 19:12Nəsimidə qəzaya görə yola qoyulan məhdudiyyət aradan qaldırılıb - FOTO - YENİLƏNİB19 / 09 / 2024, 18:27Azərbaycan komandası “Teknofest”də yarışın qalibi olub19 / 09 / 2024, 17:47Silk Way West Airlines Qlobal Hava Yükdaşıma Partnyoru kimi COP29-a qoşuldu19 / 09 / 2024, 17:45İlham Əliyev Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib - YENİLƏNİB19 / 09 / 2024, 17:43Azərbaycanda ötən il ilk dəfə nikaha daxil olanların yaş qrupları açıqlanıb19 / 09 / 2024, 17:35Paytaxtın daha bir küçəsində hərəkət qismən məhdudlaşdırılacaq19 / 09 / 2024, 17:23Suraxanıda saxta yuyucu vasitələr istehsal edən sex aşkarlandı19 / 09 / 2024, 17:10“Neftçi” böhran içində: Kimdir müqəssir, yaxud çıxış yolu nədədir?19 / 09 / 2024, 17:08Muxtar Babayev BMT nümayəndəsi ilə COP29-la bağlı hazırlıq tədbirlərini müzakirə edib19 / 09 / 2024, 17:05Prezident Şuşada Bayraq Meydanının açılışında iştirak edib19 / 09 / 2024, 16:59“Neftçi” Qara Qarayevlə müqaviləyə xitam verib19 / 09 / 2024, 16:46ADY və “TCDD Taşımacılık” Orta Dəhlizlə yükdaşımakların artırılmasını müzakirə edib19 / 09 / 2024, 16:44Dövlət başçısı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışında iştirak edib19 / 09 / 2024, 16:31Prezident Xankəndi şəhərinin Zəfər meydanında Konqres Mərkəzinin tikintisi ilə tanış olub19 / 09 / 2024, 16:19Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub19 / 09 / 2024, 16:17İlham Əliyev Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub19 / 09 / 2024, 16:16“Yaşıl dünya naminə həmrəylik ili audiovizual mediada” mövzusunda seminar keçirilirib19 / 09 / 2024, 16:15Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib19 / 09 / 2024, 15:59İqlim qəhrəmanları - FOTO19 / 09 / 2024, 15:56
Bütün xəbərlər