Azərbaycanda ən çox spirtli içki bu rayonda içilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda ən çox spirtli içki bu rayonda içilir

16:14 - 05 / 12 / 2016
Azərbaycanda ən çox spirtli içki bu rayonda içilir

Respublikada ən çox spirtli içki istehlak olunan bölgələr bəlli oldu.

1news.az Sputnik-ə istinadən xəbər verir ki, bir neçə gün öncə Rusiya İctimai Palatasının Ekspert-Analitik Mərkəzi, bu ölkədə ən çox spirtli içkinin hansı regionda istehlak olduğu barədə statistikasını açıqlamışdı.

Həmin məlumatda qeyd olunurdu ki, Rusiyada spirtli içki istehlakının ən yüksək olduğu yerlər Maqadan vilayəti, Çukotka muxtar dairəsi və Komi Respublikasıdır. Ən az şərab içilən bölgələr isə Çeçenistan, İnquşetiya və Dağıstandır.

Bəs Azərbaycanda vəziyyət nə yerdədir? Spirtli içki ən çox hansı bölgəmizdə istehlak olunur?

Bu barədə ölkədə spirtli içki istehsalı ilə məşğul olan bir neçə yerli şərab zavodu ilə əlaqə saxlanılıb. “Bakı Şərab ASC”-dən Sputnik-ə bildirilib ki, Respublikanın bütün bölgələrindən sifarişlər olunsa da, ilk sırada Qusar və Lənkəran gəlir:

“Bizim məhsullara sifariş daha çox paytaxt ərazisi və şimal rayonlarından olur. Qusar, Quba, Xaçmaz. Amma konkret desək, ən çox Qusar və Lənkərandan sifarişlər edilir. Şəmkirdən, Gəncədən də sifarişlərimiz az deyil. İllik istehsalın həcmini proqnozlaşdırmaq olmur. Açığı desəm, axır vaxtlar satış olduqca zəifdir. Demək olar ki, son iki aydır işləməmişik. Qiymətləri artırmamışıq, ancaq alver yenə də zəifdir, məhsullar satılmır. Qiymətləri normal saxlamışıq ki, satışımız olsun. Alternativ araqlar çoxdur, ona görə qiymətləri qaldıra bilmirik ki, bazardakı payımızı itirərik”, - Bakı Şərab ASC-dən bildirilib.

Ölkənin ən iri şərab istehsalçılarından olan, Ağsuda yerləşən “Az-Granata” ASC-nin marketinq meneceri Zamiq Əliyev də Sputnik-ə açıqlamasında deyib ki, spirtli içki sifarişi daha çox şimal bölgələrindən gəlir:

“Şimal rayonlarımızdan sifarişlər daha çoxdur. Konkret açıqlamaq lazımdırsa, Quba ilk sırada gəlir”. Z. Əliyev, zavodun illik istehsalının həcmi ilə bağlı məlumatları açıqlaya bilməyəcəklərini deyib:

“İllik istehsalın həcmi ilə bağlı rəqəmlər bizdə konfidensialdır, yəni konkret rəqəmləri açıqlaya bilmirik”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə, mövzu ilə bağlı bildirib ki, hansı bölgəmizdə daha çox spirtli içki istehlak olduğuna dair onlarda dəqiq rəqəmlər olmasa da, bəzi məlumatlara malikdirlər:

“Bizdə olan məlumatlara görə, ölkədə ən çox şərab istehlak olunan rayonlar Quba və Xaçmazdır. Sözün düzü, bu barədə məndə dəqiq statistik məlumatlar yoxdur. Ancaq, təxmin edirəm ki, Azərbaycanda şərabı ən çox Quba və Xaçmazda içirlər”.

1news.az

Paylaş:
664

Son xəbərlər

Murad İsmiyevin növbəti uğuru - FOTO19 / 09 / 2024, 19:12Nəsimidə qəzaya görə yola qoyulan məhdudiyyət aradan qaldırılıb - FOTO - YENİLƏNİB19 / 09 / 2024, 18:27Azərbaycan komandası “Teknofest”də yarışın qalibi olub19 / 09 / 2024, 17:47Silk Way West Airlines Qlobal Hava Yükdaşıma Partnyoru kimi COP29-a qoşuldu19 / 09 / 2024, 17:45İlham Əliyev Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib - YENİLƏNİB19 / 09 / 2024, 17:43Azərbaycanda ötən il ilk dəfə nikaha daxil olanların yaş qrupları açıqlanıb19 / 09 / 2024, 17:35Paytaxtın daha bir küçəsində hərəkət qismən məhdudlaşdırılacaq19 / 09 / 2024, 17:23Suraxanıda saxta yuyucu vasitələr istehsal edən sex aşkarlandı19 / 09 / 2024, 17:10“Neftçi” böhran içində: Kimdir müqəssir, yaxud çıxış yolu nədədir?19 / 09 / 2024, 17:08Muxtar Babayev BMT nümayəndəsi ilə COP29-la bağlı hazırlıq tədbirlərini müzakirə edib19 / 09 / 2024, 17:05Prezident Şuşada Bayraq Meydanının açılışında iştirak edib19 / 09 / 2024, 16:59“Neftçi” Qara Qarayevlə müqaviləyə xitam verib19 / 09 / 2024, 16:46ADY və “TCDD Taşımacılık” Orta Dəhlizlə yükdaşımakların artırılmasını müzakirə edib19 / 09 / 2024, 16:44Dövlət başçısı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışında iştirak edib19 / 09 / 2024, 16:31Prezident Xankəndi şəhərinin Zəfər meydanında Konqres Mərkəzinin tikintisi ilə tanış olub19 / 09 / 2024, 16:19Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub19 / 09 / 2024, 16:17İlham Əliyev Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub19 / 09 / 2024, 16:16“Yaşıl dünya naminə həmrəylik ili audiovizual mediada” mövzusunda seminar keçirilirib19 / 09 / 2024, 16:15Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib19 / 09 / 2024, 15:59İqlim qəhrəmanları - FOTO19 / 09 / 2024, 15:56
Bütün xəbərlər