Dünyanın ən güclü smartfonlarının siyahısı açıqlandı
“AuTuTu” bençmark sistemi son zamanlar istehsal olunan müasir mobil cihazların prosessorlarını sınaqdan keçirib.
1news.az lent.az-a istinadən xəbər verir ki, sentyabrda “Apple” şirkətinin istehsalı olan “iPhone 7” və “iPhone 7 Plus” cihazları satışa çıxarılıb.
Onlar mobil texnika sahəsində əsl inqilab olub. Çünki bu gün bazardan “Snapdragon 820”ni sıxışdıran dördnüvəli “A10 Fusion” prosessoruna malikdir. Ancaq “Qualcomm” şirkəti bu günlərdə yeni “Snapdragon 821” prosessorunu yaradıb ki, bunlar da ancaq yeni cihazlara quraşdırılır.
“AuTuTu”nun siyahısına ən güclü on ədəd cihaz yerləşdirilib. İlk iki yerdə adları yuxarıda qeyd edilən “iPhone 7 Plus” və “iPhone 7” cihazları gəlir. Sonrakı yerlərə “leEco” şirkətinin istehsalı olan “Le Pro 3”, “Xiaomi Mi 5S Plus”, həmçinin “Smartisan M1L” və bir neçə başqa populyar yeni smartfonlar daxil edilib.
Beləliklə, ən yeni prosessorlara malik “Apple” smartfonlarının yeddinci versiyasını heç bir sensorlu cihaz gücünə görə geridə qoya bilməyib.
1news.az