Zeynəb Cavadlı ərəb şeyxinə ərə gedib - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Zeynəb Cavadlı ərəb şeyxinə ərə gedib - FOTO - VİDEO

10:48 - 05 / 12 / 2016
Zeynəb Cavadlı ərəb şeyxinə ərə gedib - FOTO - VİDEO

Hələ ötən il Azərbaycanın tanınmış bədii gimnastı, beynəlxalq dərəcəli idman ustası Zeynəb Cavadlının ərəb şeyxlərindən biri ilə sevgi yaşadığı barədə məlumatlar yayılmışdı. Lakin, məlumat o zaman mətbuatdan gizli saxlanıldı və şeyxin kimliyi açıqlanmadı.

1news.az xəbər verir ki, keçmiş gimnastımız Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Maktumun qardaşı oğlu Şeyx Səid Əl Məktuma ərə gedib.

Bu barədə “Qafqazinfo” məlumat əldə edib. Məlumata görə, cütlük 2015-ci ildə Qəbələdə keçirilən olimpiya atıcılıq növləri üzrə yarışlarda tanış olub və elə həmin il də evləniblər.

Zeynəb Cavadlı və Səid Əl Məktum barədə qısa araşdırma apardıq və aşağıdakı məlumatları əldə etdik.

Z.Cavadlı iyunda bir foto paylaşıb və qızının dünyaya gəldiyini yazıb. Cütlük körpəyə Sana adını qoyub.

O, sosial şəbəkədən aktiv istifadə etməsə də, müəyyən zamanlarda körpənin daha bir neçə fotosunun izləyiciləri ilə bölüşüb.

Səid Əl-Məktum kimdir?

Səid Əl Məktum 1976-cı ildə Dubayda anadan olub. Onun atası Maktum ibn Rəşid Əl Məktum 1990-2006-cı illərdə Dubayın əmiri olub. Onun vəfatından sonra isə hakimiyyətə əmisi Məhəmməd ibn Rəşid gəlib. Səid Əl Məktum 1995-ci ildən etibarən peşəkar atıcı kimi fəalliyət göstərir, Olimpiya oyunlarının iştirakçısıdır. Atasının vəfatından sonra onun 16 milyard dollar dəyərində qiymətləndirilən mirası yeganə övlad kimi Səid Əl Məktuma keçib. Səid Əl Məktum Birləşmiş Ərəb Əmirliklərinin ən varlı şeyxlərindən biri, mesenat kimi tanınır.

Onun “Əl-Şabab” adlı şəxsi futbol klubu, beynəlxalq dərəcəli at yarışlarında iştirak etmək üçün nəzərdə tutulan qaçış atları kolleksiyası var.

Zeynəb Cavadlı kimdir?

Zeynəb Cavadlı 1991-ci ildə Bakıda anadan olub, əslən Naxçıvanlıdır. O, 1999-2012-ci illərdə Azərbaycan bədii gimnastika yığmasının tərkibində çıxış edib. Lakin 2012-ci ildə aldığı zədə üzündən idmançı fəaliyyətini yekunlaşdıraraq, məşqçi karyerasına başlayıb.

Bir zamanlar Türkiyənin “İstanbul Genclik Spor Kulübü”, “Anabilim Jimnastik Kulübü” ilə çalışıb, 2013-cü ildən etibarən isə özünün gimnastika üzrə məktəbini açmışdı.

Zeynəb ərəb şeyxinin üçüncü həyat yoldaşıdır

Səid Əl-Məktumun ilk arvadı şeyxə Suhailadır. Şeyx ikinci arvadı, əslən azərbaycanlı olan Əliyeva Natalya Müslüm qızı ilə Minskdə keçirilən yarışlar zamanı restoranlardan birində tanış olub. Bir zamanlar ofisiant kimi çalışan Natalya şeyxlə evlilikdən sonra adın dəyişərək Ayşə edib və İslam dinini qəbul edib.

Səidin üçüncü arvadı isə Zeynəbdir. Şeyxin bu üç evlilikdən 9 övladı var. Hazırda Səid Əl Məktumun bütün arvadlarının ailələri onlarla birlikdə Dubayda ayrı-ayrı imarətlərdə yaşayır.

1news.az

Paylaş:
35701

Son xəbərlər

Murad İsmiyevin növbəti uğuru - FOTO19 / 09 / 2024, 19:12Nəsimidə qəzaya görə yola qoyulan məhdudiyyət aradan qaldırılıb - FOTO - YENİLƏNİB19 / 09 / 2024, 18:27Azərbaycan komandası “Teknofest”də yarışın qalibi olub19 / 09 / 2024, 17:47Silk Way West Airlines Qlobal Hava Yükdaşıma Partnyoru kimi COP29-a qoşuldu19 / 09 / 2024, 17:45İlham Əliyev Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib - YENİLƏNİB19 / 09 / 2024, 17:43Azərbaycanda ötən il ilk dəfə nikaha daxil olanların yaş qrupları açıqlanıb19 / 09 / 2024, 17:35Paytaxtın daha bir küçəsində hərəkət qismən məhdudlaşdırılacaq19 / 09 / 2024, 17:23Suraxanıda saxta yuyucu vasitələr istehsal edən sex aşkarlandı19 / 09 / 2024, 17:10“Neftçi” böhran içində: Kimdir müqəssir, yaxud çıxış yolu nədədir?19 / 09 / 2024, 17:08Muxtar Babayev BMT nümayəndəsi ilə COP29-la bağlı hazırlıq tədbirlərini müzakirə edib19 / 09 / 2024, 17:05Prezident Şuşada Bayraq Meydanının açılışında iştirak edib19 / 09 / 2024, 16:59“Neftçi” Qara Qarayevlə müqaviləyə xitam verib19 / 09 / 2024, 16:46ADY və “TCDD Taşımacılık” Orta Dəhlizlə yükdaşımakların artırılmasını müzakirə edib19 / 09 / 2024, 16:44Dövlət başçısı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışında iştirak edib19 / 09 / 2024, 16:31Prezident Xankəndi şəhərinin Zəfər meydanında Konqres Mərkəzinin tikintisi ilə tanış olub19 / 09 / 2024, 16:19Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub19 / 09 / 2024, 16:17İlham Əliyev Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub19 / 09 / 2024, 16:16“Yaşıl dünya naminə həmrəylik ili audiovizual mediada” mövzusunda seminar keçirilirib19 / 09 / 2024, 16:15Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib19 / 09 / 2024, 15:59İqlim qəhrəmanları - FOTO19 / 09 / 2024, 15:56
Bütün xəbərlər