İlham Əliyev Serbiyanın daxili işlər nazirini qəbul edib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Serbiyanın daxili işlər nazirini qəbul edib

11:09 - 05 / 12 / 2016
İlham Əliyev Serbiyanın daxili işlər nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Serbiyanın daxili işlər naziri Neboşya Stefanoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir.

Dövlətimizin başçısı Serbiyanın daxili işlər naziri Neboyşa Stefanoviçin Azərbaycana səfərinin ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın müzakirəsi və ikitərəfli əlaqələrin inkişaf etdirilməsi ilə bağlı məsələlərin nəzərdən keçirilməsi üçün səmərəli olacağına əminliyini bildirdi.

Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlərin çox yüksək səviyyədə olduğunu vurğulayan Prezident İlham Əliyev yüksək səviyyəli qarşılıqlı səfərləri və digər təmasları ölkələrimiz arasında dostluq əlaqələrinin yaxşı göstəricisi kimi dəyərləndirdi. Azərbaycan ilə Serbiyanın bir çox sahələrdə əməkdaşlıq etdiyini bildirən dövlətimizin başçısı bu əməkdaşlığın inkişafında ölkəmizin maraqlı olduğunu dedi. Ölkələrimizin beynəlxalq təşkilatlarda da bir-birinə daim dəstək verdiklərini vurğulayan Prezident İlham Əliyev tərəfdaşlıq əlaqələrimizin gücləndirilməsi baxımından bunun əhəmiyyətini qeyd etdi.

 Dövlətimizin başçısı Azərbaycan və Serbiya arasında ikitərəfli əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi.

Serbiya Respublikasının daxili işlər naziri Neboyşa Stefanoviç Azərbaycanda onlara göstərilən qonaqpərvərliyi yüksək qiymətləndirərək ölkəmizin və Bakının xüsusilə son illər inkişafının onlarda böyük təəssürat yaratdığını dedi. Ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın zəruriliyini vurğulayan qonaq səfərin əlaqələrimizin inkişafı ilə bağlı konkret işlər görmək uşun yaxşı imkan yaratdığını dedi.

Hazırda dünyada terrorizmin geniş yayıldığını təəssüflə qeyd edən Serbiyanın daxili işlər naziri terrorizmə və mütəşəkkil cinayətkarlığa qarşı birgə mübarizənin əhəmiyyətindən danışaraq, ölkələrimizin müvafiq qurumları arasında qarşılıqlı informasiya mübadiləsinin və treninqlərin keçirilməsinin əməkdaşlığımızın gücləndirilməsi baxımından önəmini vurğuladı.

1news.az

Paylaş:
786

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər