Fransalı nazirin adı Azərbaycan XİN-in “qara siyahısı”na salınıb | 1news.az | Xəbərlər
Siyasət

Fransalı nazirin adı Azərbaycan XİN-in “qara siyahısı”na salınıb

14:09 - 07 / 12 / 2016
Fransalı nazirin adı Azərbaycan XİN-in “qara siyahısı”na salınıb

Yaxın günlərdə Fransa prezidenti Fransua Ollandın ölkənin daxili işlər naziri vəzifəsinə təyin etdiyi Bruno Le Runun adı Azərbaycanın arzuolunmaz şəxslər siyahısına salınıb.

Bunu 1news.az-a XİN-in xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib:

“Bruno Le Ru Fransa parlamentinin üzvü statusunda 2015-ci ilin sentyabrında Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfər edib. Onun adı arzuolunmaz şəxslər siyahısındadır.

Azərbaycan Respublikasının qanunları, ərazi bütövlüyü və suverenliyini pozaraq işğal olunmuş ərazilərə qeyri-rəsmi səfər etmiş hər bir əcnəbi vətəndaş tutduğu vəzifə mövqeyindən və kimliyindən asılı olmayaraq arzuolunmaz şəxslər siyahısına daxil edilir. Qanun qanundur və hamıya da eyni cür şamil olunur”.  

 1news.az

Paylaş:
955

Son xəbərlər

Bütün xəbərlər