Şahin Mustafayev: “Tarif dəyişikliyi SOCAR-ın zərərlə üzləşməsi ilə bağlıdır” | 1news.az | Xəbərlər
İqtisadiyyat

Şahin Mustafayev: “Tarif dəyişikliyi SOCAR-ın zərərlə üzləşməsi ilə bağlıdır”

21:28 - 07 / 12 / 2016
Şahin Mustafayev: “Tarif dəyişikliyi SOCAR-ın zərərlə üzləşməsi ilə bağlıdır”

İqtisadiyyat naziri Şahin Mustafayev bəzi kommunal xidmətlərin qiymətlərin differensiallaşdırılması səbəblərini açıqlayıb.

1news.az APA-ya istinadən xəbər verir ki, Milli Məclisinin bu gün keçirilən plenar iclasında 2017-ci il üzrə büdcə zərfinin müzakirəsi zamanı iqtisadiyyat naziri Şahin Mustafayev millət vəkilləri tərəfindən səslənən təkliflərə münasibət bildirərkən deyib ki, tariflərin differensiallaşdırılması SOCAR-ın zərərlə üzləşməsi ilə bağlıdır:

“Biz çox yaxşı başa düşürük ki, Tarif Şurasının qərarı çox da populyar qərar deyil. SOCAR-a 1000 kubmetr qaz hasilatı 140 manata başa gəlir. Amma 1000 kubmetr qazı satış qiyməti orta hesabla 90 manat təşkil edir. Faktiki olaraq, SOCAR zərərlə işləyirdi. Buna görə, nəinki investisiya qoymaq, hasilatı müəyyən səviyyədə saxlamaq da mümkün olmurdu. Dövlət vəsaitləri hesabına vəsaitin ayrılması məsələsi gündəmə gəlmişdi. Qaz hasilatı üçün işlərin görülməsi, təmir işlərinin aparılması, nəqletmə xərclərinə görə tariflərin differensiallaşdırılması zərurəti yarandı. Əhalinin həssas qrupları nəzərə alınaraq tariflərin differensiallaşdırılması qərarı verildi. Qaz istehlakına görə tariflər gələn ilin yanvarın 1-dən tətbiq olunacaq və əhalinin yeni tariflərlə ödəniş etməsi əsasən yay aylarına təsadüf edəcək.

Maliyyə naziri Samir Şərifovun da qeyd etdiyi kimi, əhalinin aztəminatlı hissəsinə ünvanlı sosial yardımın məbləğinin artırılması nəzərdə tutulur”.

1news.az

Paylaş:
867

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər