Cəbhə xəttində keçirilən növbəti monitorinq insidentsiz başa çatıb | 1news.az | Xəbərlər
Siyasət

Cəbhə xəttində keçirilən növbəti monitorinq insidentsiz başa çatıb

13:27 - 08 / 12 / 2016
Cəbhə xəttində keçirilən növbəti monitorinq insidentsiz başa çatıb

ATƏT-in bu gün Ağdam rayonu istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində keçirdiyi monitorinq insidentsiz başa çatıb.

Bu barədə 1news.az-a məlumatı Müdafiə Nazirliyinin mətbuat xidmətindən veriblər.

Qeyd edək ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle, Piter Şvedberq və Saymon Tiller, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində isə şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika və Xristo Xristov keçiriblər.

1news.az

Paylaş:
975

Son xəbərlər

Bütün xəbərlər