“Şücaətə görə” medalı təsis edildi - Fərman
Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının “Şücaətə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə” 2016-cı il 14 oktyabr tarixli qanunun tətbiqi və “Hərbi xidmət sahəsində bəzi medallarla təltif edilmə qaydası haqqında” 2004-cü il 25 iyun tarixli sərəncamda dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
1news.az dövlət başçısının saytına istinadən xəbər verir ki, bununla əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunun 2-ci maddəsinə “Hərbi xidmətdə fərqlənməyə görə” medalı” hissəsindən sonra yeni hissə əlavə edilib.
Dövlət başçısının “Hərbi xidmət sahəsində bəzi medallarla təltif edilmə qaydası haqqında” 2004-cü il 25 iyun tarixli sərəncamının 1-ci hissəsinə “Hərbi xidmətdə fərqlənməyə görə” sözlərindən sonra “Şücaətə görə” sözləri, “Azərbaycan Respublikasının fövqəladə hallar nazirinə” sözlərindən sonra “Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi xidmətinin rəisinə, Azərbaycan Respublikasının xarici kəşfiyyat xidmətinin rəisinə” sözləri əlavə edilib və həmin hissədən “Azərbaycan Respublikasının milli təhlükəsizlik nazirinə” sözləri çıxarılıb.
1news.az