İlham Əliyev İspaniya Kralına başsağlığı verib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev İspaniya Kralına başsağlığı verib

1news Redaksiyası17:36 - Bu gün
İlham Əliyev İspaniya Kralına başsağlığı verib

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib.

1news.az xəbər verir ki, məktubda deyilir:

"Əlahəzrət,

Toledo əyalətində sərnişin qatarlarının toqquşması nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması barədə xəbər bizi son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İspaniya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".

Paylaş:
85

Son xəbərlər

Bütün xəbərlər