Külək Bakıda bayram çadırını uçurdu – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Külək Bakıda bayram çadırını uçurdu – FOTO

11:11 - 08 / 12 / 2016
Külək Bakıda bayram çadırını uçurdu – FOTO

Güclü külək paytaxtın “28 May” metrostansiyasının yaxınlığında Yeni il bayramı ilə əlaqədar qurulan çadırı uçurub.

1news.az azvision.az-a istinadən xəbər verir ki, çadır Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən bayram yarmarkasının keçirilməsi üçün qurulmuşdu.

Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov bu yaxınlarda mətbuata açıqlamasında bildirmişdi ki, hələlik 3 yarmarka qurulsa da, onların sayının 10-na çatdırılması planlaşdırılıb.

1news.az

Paylaş:
529

Son xəbərlər

Bütün xəbərlər