Qırğızıstan portalı erməni vandalizmini sübut edən fotoları yayıb – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Qırğızıstan portalı erməni vandalizmini sübut edən fotoları yayıb – FOTO

23:33 - 08 / 12 / 2016
Qırğızıstan portalı erməni vandalizmini sübut edən fotoları yayıb – FOTO

Qırğızıstanın Turkelpress xəbər portalı AZƏRTAC-ın işğal edilmiş Azərbaycan torpaqlarında ermənilərin törətdikləri vəhşilikləri əks etdirən fotolarını yayıb.

Həmin fotolar Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş müxtəlif ərazilərində – Dağlıq Qarabağda, Sədərək rayonunun Kərki kəndində, Zəngilan rayonunun Məmmədbəyli kəndində, Laçın və Kəlbəcər rayonlarında, Cəbrayıl rayonunun Xələfli və Qumlaq kəndlərində və digər yerlərdə çəkilib və erməni vandalizmini əyani şəkildə sübut edir.

Fotolarda Şuşa qalasının, Şuşa məscidinin, məşhur Gövhər Ağa məscidinin, Azərbaycan qəbiristanlıqlarının və bir sıra digər obyektlərin hazırkı görünüşü əksini tapıb.

Fotolarla bu linkdən tanış olmaq mümkündür: http://www.turkelpress.com/?p=21067

AZƏRTAC

Paylaş:
697

Son xəbərlər

Bütün xəbərlər