“Qarabağ” futbolçusunun törətdiyi qəza yerindən görüntülər - VİDEO – YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

“Qarabağ” futbolçusunun törətdiyi qəza yerindən görüntülər - VİDEO – YENİLƏNİB

11:56 - 08 / 12 / 2016
“Qarabağ” futbolçusunun törətdiyi qəza yerindən görüntülər - VİDEO – YENİLƏNİB

Bakıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatları məlum olub.

1news.az “Report”a istinadən xəbər verir ki, Ə.Bağırov marketə daxil olmaq üçün idarə etdiyi "Mercedes" markalı avtomobilini yol kənarında saxlayıb.

O, geri qayıdaraq maşınına əyləşmək istəyib. Bu zaman yüksək sürətlə gələn "BMW" markalı avtomobil Ə.Bağırovun yol kənarında hərəkətsiz vəziyyətdə dayanmış maşınına çırpılıb.

Nəticədə piyada qismində Ə.Bağırov, o cümlədən "Mercedes" markalı avtomobildə olan onun həyat yoldaşı Bağırova Günel Məzahir qızı ağır xəsarət alıblar.

G.Bağırovanın qucağında olan 6 aylıq Bağırov Xalid Əbdulbağır oğlu isə avtomobildən bir neçə metr kənara düşərək ölüb.

Qeyd edək ki, APA TV hadisə yerindən görüntülər çəkib. Həmin videonu təqdim edirik:

1news.az

10:53

Bakıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

1news.az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında paytaxtın Suraxanı rayonunun Əmircan qəsəbəsində qeydə alınıb.

Belə ki, “Qarabağ” klubunun qapıçısı Emil Balayevin idarə etdiyi “BMW X5” markalı, 90 OH 111 dövlət nömrə nişanlı avtomobillə Əbdülbağır Bağırovun idarə etdiyi “Mercedes 180” markalı, 10 RB 542 nömrə nişanlı avtomobil toqquşub.

Nəticədə Ə.Bağırov və avtomobildə olan həyat yoldaşı, 1986-cı il təvəllüdlü Bağırova Günel Məzahir qızı və onun qucağında olan 2016-cı il təvəllüdlü oğlu Xalid Bağırov xəsarət alıblar.

Zərərçəkənlər xəstəxanaya aparılıblar. Lakin həkimlərin səyinə baxmayaraq X.Bağırov dünyasını dəyişib.

Faktla bağlı Suraxanı rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

1news.az

 

Paylaş:
1226

Son xəbərlər

Murad İsmiyevin növbəti uğuru - FOTO19 / 09 / 2024, 19:12Nəsimidə qəzaya görə yola qoyulan məhdudiyyət aradan qaldırılıb - FOTO - YENİLƏNİB19 / 09 / 2024, 18:27Azərbaycan komandası “Teknofest”də yarışın qalibi olub19 / 09 / 2024, 17:47Silk Way West Airlines Qlobal Hava Yükdaşıma Partnyoru kimi COP29-a qoşuldu19 / 09 / 2024, 17:45İlham Əliyev Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib - YENİLƏNİB19 / 09 / 2024, 17:43Azərbaycanda ötən il ilk dəfə nikaha daxil olanların yaş qrupları açıqlanıb19 / 09 / 2024, 17:35Paytaxtın daha bir küçəsində hərəkət qismən məhdudlaşdırılacaq19 / 09 / 2024, 17:23Suraxanıda saxta yuyucu vasitələr istehsal edən sex aşkarlandı19 / 09 / 2024, 17:10“Neftçi” böhran içində: Kimdir müqəssir, yaxud çıxış yolu nədədir?19 / 09 / 2024, 17:08Muxtar Babayev BMT nümayəndəsi ilə COP29-la bağlı hazırlıq tədbirlərini müzakirə edib19 / 09 / 2024, 17:05Prezident Şuşada Bayraq Meydanının açılışında iştirak edib19 / 09 / 2024, 16:59“Neftçi” Qara Qarayevlə müqaviləyə xitam verib19 / 09 / 2024, 16:46ADY və “TCDD Taşımacılık” Orta Dəhlizlə yükdaşımakların artırılmasını müzakirə edib19 / 09 / 2024, 16:44Dövlət başçısı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışında iştirak edib19 / 09 / 2024, 16:31Prezident Xankəndi şəhərinin Zəfər meydanında Konqres Mərkəzinin tikintisi ilə tanış olub19 / 09 / 2024, 16:19Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub19 / 09 / 2024, 16:17İlham Əliyev Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub19 / 09 / 2024, 16:16“Yaşıl dünya naminə həmrəylik ili audiovizual mediada” mövzusunda seminar keçirilirib19 / 09 / 2024, 16:15Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib19 / 09 / 2024, 15:59İqlim qəhrəmanları - FOTO19 / 09 / 2024, 15:56
Bütün xəbərlər