Bakı-Sumqayıt elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı-Sumqayıt elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək

11:44 - 08 / 12 / 2016
Bakı-Sumqayıt elektrik qatarlarının hərəkət cədvəlində  dəyişiklik ediləcək

11 dekabr  2016-cı ildən  Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkətinin intensivliyinin artırılması və daha da optimallşdırılması məqsədilə hərəkət cədvəlində qismən dəyişiklik ediləcək.

1news.az-a Azərbaycan Dəmir Yolları”nın İctimaiyyətlə əlaqələr şöbəsindən  verilən xəbərə görə, yeni hərəkət cədvəlində elektrik qatarlarının sayı hər iki istiqamətdə 2 qatar artırılacaq:

“Bakı-Sumqayıt elektrik qatarları Bakı sərnişin stansiyasından saat 07:50, 08:20, 08:50, 16:00, 17:20, 18:00, 18:30, 18:45, 19:15, 19:35, 19:50  və 20:30-da, Sumqayıt-sərnişin stansiyasından 07:00, 07:15, 07.30, 07:45, 08:00, 08:38, 09:10, 09:50, 17:00, 18:10, 18:47 və 19:30 -da yola düşəcək”. 

Qeyd: Hər şənbə, bazar və bayram günləri 6002/6001, 6004/6003 , 6006/6005, 6011, 6019 və 6022 nömrəli elektrik qatarları hərəkətdə olmayacaq.

1news.az ­

 

Paylaş:
621

Son xəbərlər

Bütün xəbərlər