Azərbaycan və Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri arasında görüş keçirilə bilər | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri arasında görüş keçirilə bilər

10:29 - 09 / 12 / 2016
Azərbaycan və Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri arasında görüş keçirilə bilər

Azərbaycan və Ermənistanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti görüş üçün ilkin razılıqlarını verib.

1news.az “Report”a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin sədr müavini, AŞPA-dakı nümayəndə heyətinin üzvü Ermine Naqdalyan “tert.am” saytına müsahibəsində bildirib.

O qeyd edib ki, görüşün təşəbbüskarı AŞPA-nın sədri Aqramunt Pedrodir.

Görüş baş tutacağı təqdirdə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki münaqişənin həlli ilə bağlı məsələnin müzakirə ediləcəyi ehtimal olunur.

1news.az

Paylaş:
711

Son xəbərlər

Bütün xəbərlər