Bakıda vurulan piyadanın başı avtomobilin salonuna girib, onun boynu üzülüb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda vurulan piyadanın başı avtomobilin salonuna girib, onun boynu üzülüb - FOTO

12:34 - 09 / 12 / 2016
Bakıda vurulan piyadanın başı avtomobilin salonuna girib, onun boynu üzülüb - FOTO

Bakıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

1news.az-ın məlumatına görə, hadisə bu gecə saat 01:00 radələrində Sabunçu rayonu Zabrat qəsəbəsi, Şəhər şosesində qeydə alınıb.

Belə ki, İsa Ağazadə idarə etdiyi 90 VL 279 dövlət qeydiyyat nişanlı “Hyundai” markalı avtomobillə yolu keçən Naxçıvan şəhər sakini 48 yaşlı Səmədov İsmayıl Ağa oğlunu vurub.

Zərbə o qədər güclü olub ki, İ.Səmədovun başı avtomobilin qabaq (alın) şüşəsini sındıraraq salona girib.

Nəticədə onun boyun nahiyəsi kəsilib. Sürücü İ.Ağazadə piyadanı xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

1news.az

 

Paylaş:
14507

Son xəbərlər

Bütün xəbərlər