Erməni silahlı bölmələri minaatanlardan və iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 33 dəfə pozub | 1news.az | Xəbərlər
Siyasət

Erməni silahlı bölmələri minaatanlardan və iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 33 dəfə pozub

11:00 - 11 / 12 / 2016
Erməni silahlı bölmələri minaatanlardan və iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 33 dəfə pozub

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini, ümumilikdə, 33 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Tərtər rayonunun Göyarx, Ağdam rayonunun Şirvanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Tərtər, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

1news.az

Paylaş:
715

Son xəbərlər

Bütün xəbərlər