Azərbaycan XİN: İstanbulda törədilən qanlı terror aktını qəti şəkildə pisləyirik
Türkiyənin İstanbul şəhərində törədilmiş terror aktı ilə əlaqədar Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi mətbuata açıqlama yayıb.
1news.az xəbər verir ki, açıqlamada deyilir: “Biz, İstanbulun Beşiktaş rayonunda törədilən, çoxlu sayda insanın ölümünə və yaralanmasına səbəb olan qanlı terror aktını qəti şəkildə pisləyirik. Bu xain terror aktı nəticəsində həyatını itirmiş şəxslərin ailələrinə və qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, kədərini bölüşür və yaralananların tezliklə şəfa tapmasını diləyirik. Qardaş Türkiyə ilə həmrəyliyimizi bir daha vurğulayırıq”.
“Terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə beynəlxalq birliyin səylərini dəstəkləyir”, - deyə açıqlamada qeyd olunur.
1news.az