Tarif Şurası su təchizatı və tullantı sularının axıdılması tariflərinin artırılması xəbərinə münasibət bildirib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Tarif Şurası su təchizatı və tullantı sularının axıdılması tariflərinin artırılması xəbərinə münasibət bildirib

14:07 - 12 / 12 / 2016
Tarif Şurası su təchizatı və tullantı sularının axıdılması tariflərinin artırılması xəbərinə münasibət bildirib

Tarif (qiymət) Şurası bəzi kütləvi informasiya vasitələrində su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin artırılması barədə yayılan məlumatlara münasibət bildirib.

Şuranın katibliyindən 1news.az-a verilən məlumata görə, tariflərin birləşdirilməklə vahid tarif sisteminə keçilməsinin tarif artımı kimi təqdim olunması kimi həqiqətə uyğun olmayan məlumatların yayılması əhali arasında çaşqınlıq yaradır.

Tarif (qiymət) Şurası bir daha xatırladır ki, “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin təsdiq edilməsi barədə” 13 may 2016-cı il tarixli Qərarı ilə “Azəristiliktəchizat” ASC üzrə 1 kub metr su təchizatına görə tariflər Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 0,35 manat, digər inzibati ərazi vahidləri üçün isə 0,30 manat, tullantı sularının axıdılması xidmətinə görə isə 0,15 manat təsdiq edilmişdi.

Şuranın 28 noyabr 2016-cı il tarixli iclasında müvafiq qərara dəyişiklik olunub, “Azəristiliktəchizat” ASC-nin “Azərsu” ASC-dən aldığı su təchizatı və tullantı sularının axıdılması xidmətləri üzrə tariflər birləşdirilərək vahid tarif təsdiq edilib. Belə ki, adıçəkilən bu iki subyekt arasında 1 kub metr su təchizatı və tullantı sularının axıdılması tarifləri Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 0,50 manat (0,35 manat + 0,15 manat), digər inzibati ərazi vahidləri üçün isə 0,45 manat (0,30 manat + 0,15 manat) olmaqla dəyişdirilməyib, birləşdirilərək əvvəlki səviyyədə saxlanılıb.

Göründüyü kimi, tariflərdə hər hansı artımdan söhbət getmir. Tarif (qiymət) Şurası bir daha kütləvi informasiya vasitələrinə diqqətli olmağı, araşdırılmamış məlumatları dərc etməkdən çəkinməyi tövsiyə edir.

1news.az

Paylaş:
866

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər