Elmar Məmmədyarov fransalı həmsədrlə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov fransalı həmsədrlə görüşüb

17:04 - 12 / 12 / 2016
Elmar Məmmədyarov fransalı həmsədrlə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Fransanın ATƏT-in Minsk qrupundakı həmsədri Stefan Viskonti ilə görüşüb.

1news.az-ın məlumatına görə, görüşdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesinin intensivləşdirilməsi və mövcud vəziyyətin dəyişdirilməsi barədə fikir mübadiləsi aparılıb.

Nazir E.Məmmədyarov Azərbaycanın ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birlikdə münaqişənin substantiv danışıqlar yolu ilə həlli üzrə səylərini davam etdirəcəyini bildirib.

1news.az

 

Paylaş:
580

Son xəbərlər

Bütün xəbərlər