Maştağa qəsəbəsinin təbii qazla təchizatında məhdudiyyətlər olacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Maştağa qəsəbəsinin təbii qazla təchizatında məhdudiyyətlər olacaq

19:25 - 12 / 12 / 2016
Maştağa qəsəbəsinin təbii qazla təchizatında məhdudiyyətlər olacaq

Sabah Bakının qəsəbələrindən birinin təbii qazla təchizatında məhdudiyyətlər yarana bilər.

1news.az-ın “Azəriqaz” İstehsalat Birliyinə istinadən verdiyi xəbərə görə, dekabrın 13-də saat 10:00-dan 18:00-a qədər “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Nardaran” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində aparılan işlərin Bakı şəhəri Sabunçu rayonunun Maştağa qəsəbəsinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

1news.az

Paylaş:
1117

Son xəbərlər

Bütün xəbərlər