Baş bankir “qara bazar”dan danışdı
“Əlaqədar orqanlar “qara bazar”la ciddi mübarizə aparır. Yaxın günlərdə “qara valyuta bazarı” ilə mübarizənin real nəticəsini görəcəyik”.
1news.az xəbər verir ki, bunu bunu jurnalistlərə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.
E.Rüstəmov əlavə edib ki, “qara bazar”a qarşı ciddi mübarizə aparılır:
“Buna qarşı Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası və müvafiq hüquq-mühafizə orqanları çox ciddi iş aparır. Bu gün “qara bazar”la rəsmi məzənnə arasındakı cüzi fərqi görürüksə, bu, məhz mübarizənin nəticəsidir”.
1news.az
794