Tanınmış azərbaycanlı rəssam vəfat etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Tanınmış azərbaycanlı rəssam vəfat etdi

10:59 - 12 / 12 / 2016
Tanınmış azərbaycanlı rəssam vəfat etdi

Dekabrın 11-də əməkdar rəssam İsmayıl Məmmədov 68 yaşında dünyasını dəyişib.

 

1news.az-ın məlumatına görə, uzun sürən xəstəlikdən sonra vəfat edən İ.Məmmədov bu gün Bakıda dəfn ediləcək.

 

Qeyd edək ki, rəssam İ. Məmmədov 1948-ci il mart ayının 31-də Bakıda doğulub. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini və İlya Repin adına Leninqrad Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunu bitirib.

 

1976-cı ildən başlayaraq bir çox respublika və beynəlxalq miqyaslı sərgilərdə iştirak edib.

 

1998-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrının baş rəssamı olub.

 

İsmayıl Məmmədova 30 may 2002-ci ildə "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı verilib.

 

Allah rəhmət eləsin!

 

Paylaş:
727

Son xəbərlər

Bütün xəbərlər