Gəncədə “Nizami və dünya ədəbiyyatı” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə “Nizami və dünya ədəbiyyatı” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib – FOTO

12:47 - 12 / 12 / 2016
Gəncədə “Nizami və dünya ədəbiyyatı” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib – FOTO

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkilatçılığı ilə keçirilən X Yüksək Səviyyəli Toplantının iştirakçılarından ibarət nümayəndə heyəti dekabrın 11-də Gəncə şəhərində keçirilən “Nizami və dünya ədəbiyyatı” mövzusunda beynəlxalq elmi-praktik konfransa qatılıb.

1news.az-ın məlumatına görə, nümayəndə heyətinin üzvləri Nizami Gəncəvinin Məqbərəsini ziyarət edib, Nizami Muzeyi ilə tanış olublar. Muzeyin xatirə kitabına ürək sözlərini yazıblar.

Beynəlxalq elmi-praktik konfransdan öncə qonaqlar ulu öndər Heydər  Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri qoyublar. 

Daha sonra Heydər Əliyev Mərkəzini ziyarət edən qonaqlar burada Nizami Gəncəvinin 875 illiyinə həsr edilmiş “Nizami yurdu - qədim Gəncə” adlı təsviri sənət əsərlərindən ibarət sərgiyə baxış keçiriblər. Sərgidə şairin seçilmiş əsərlərindən əsas səhnələr, habelə Fitnə, Xosrov, Leyli, Məcnun kimi məşhur qəhrəmanları özündə əks etdirən rəsm əsərləri, xalçalar, heykəltəraşlıq nümunələri nümayiş etdirilib. Qonaqlar dahi şairin ingilis, fransız və alman dillərinə tərcümə edilmiş əsərləri ilə də tanış olublar.

Sərgiylə tanışlıqdan sonra mütəfəkkir və filosov Nizami Gəncəvinin 875 illik yubileyinə həsr olunmuş  “Nizami və dünya ədəbiyyatı” mövzusunda beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb.

Konfransda açılış nitqi söyləyən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qonaqları salamlayaraq Nizami Gəncəvinin əsərlərinin böyük ictimai-siyasi və mənəvi məzmuna malik olduğunu söyləyib, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dahi şairin irsinin qorunması və təbliğində önəmli rol oynadığını diqqətə çatdırıb.

Daha sonra NGBM-nin həmsədrləri Latviyanın sabiq Prezidenti Vayra Vike-Frayberqa və İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldin, Kəşmir Universitetinin İslam Tədbiqatları Mərkəzinin rəhbəri Əhməd Nasem Şah, AMEA-nın Gəncə Böməsinin Nizami Gəncəvi mərkəzinin direktoru, professor Xəlil Yusifli, Gəncə Dövlət Universitetinn “Elm və innovasiyalar” üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə, AMEA-nın Gəncə bölməsinin akademik-katibi, akademik Fuad Əliyev çıxış edərək, Nizaminin zəngin irsə malik olduğunu, dünyaca məşhur əsərlərinin humanizm, yüksək əxlaq, estetik zövq, insana məhəbbət kimi ali hissləri aşıladığını diqqətə çatdırıblar.

Konfransın sonunda Vayra Vike-Frayberqaya Azərbaycan Dövlət Aqrar Universitetinin, İsmayıl Seragəldinə Gəncə Dövlət Universitetinin “Fəxri doktoru” adı verilməsinin təqdimat mərasimi keçirilib. Mərasimdə hər iki Universitetin Elmi Şuralarının qərarları oxunub,  xanım Frayberqa və cənab Seragəldinə diplom və mantiya təqdim edilib.

Tədbirin sonunda qonaqlara Nizami Gəncəvi və Məhsəti Gəncəvinin rəsimləri əks olunmuş portret xalçaları hədiyyə olunub.

1news.az

Paylaş:
709

Son xəbərlər

Murad İsmiyevin növbəti uğuru - FOTO19 / 09 / 2024, 19:12Nəsimidə qəzaya görə yola qoyulan məhdudiyyət aradan qaldırılıb - FOTO - YENİLƏNİB19 / 09 / 2024, 18:27Azərbaycan komandası “Teknofest”də yarışın qalibi olub19 / 09 / 2024, 17:47Silk Way West Airlines Qlobal Hava Yükdaşıma Partnyoru kimi COP29-a qoşuldu19 / 09 / 2024, 17:45İlham Əliyev Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib - YENİLƏNİB19 / 09 / 2024, 17:43Azərbaycanda ötən il ilk dəfə nikaha daxil olanların yaş qrupları açıqlanıb19 / 09 / 2024, 17:35Paytaxtın daha bir küçəsində hərəkət qismən məhdudlaşdırılacaq19 / 09 / 2024, 17:23Suraxanıda saxta yuyucu vasitələr istehsal edən sex aşkarlandı19 / 09 / 2024, 17:10“Neftçi” böhran içində: Kimdir müqəssir, yaxud çıxış yolu nədədir?19 / 09 / 2024, 17:08Muxtar Babayev BMT nümayəndəsi ilə COP29-la bağlı hazırlıq tədbirlərini müzakirə edib19 / 09 / 2024, 17:05Prezident Şuşada Bayraq Meydanının açılışında iştirak edib19 / 09 / 2024, 16:59“Neftçi” Qara Qarayevlə müqaviləyə xitam verib19 / 09 / 2024, 16:46ADY və “TCDD Taşımacılık” Orta Dəhlizlə yükdaşımakların artırılmasını müzakirə edib19 / 09 / 2024, 16:44Dövlət başçısı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışında iştirak edib19 / 09 / 2024, 16:31Prezident Xankəndi şəhərinin Zəfər meydanında Konqres Mərkəzinin tikintisi ilə tanış olub19 / 09 / 2024, 16:19Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub19 / 09 / 2024, 16:17İlham Əliyev Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub19 / 09 / 2024, 16:16“Yaşıl dünya naminə həmrəylik ili audiovizual mediada” mövzusunda seminar keçirilirib19 / 09 / 2024, 16:15Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib19 / 09 / 2024, 15:59İqlim qəhrəmanları - FOTO19 / 09 / 2024, 15:56
Bütün xəbərlər