Netanyahu: “İsraillə Azərbaycan arasında mükəmməl münasibətlər və uzunmüddətli dostluq mövcuddur” | 1news.az | Xəbərlər
Siyasət

Netanyahu: “İsraillə Azərbaycan arasında mükəmməl münasibətlər və uzunmüddətli dostluq mövcuddur”

16:12 - 13 / 12 / 2016
Netanyahu: “İsraillə Azərbaycan arasında mükəmməl münasibətlər və uzunmüddətli dostluq mövcuddur”

“İsraillə Azərbaycan arasında mükəmməl münasibətlər və uzunmüddətli dostluq mövcuddur”.

1news.az APA-ya istinadən xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu Azərbaycan prezidenti İlham Əliyevlə görüşü zamanı deyib.

O, Azərbaycana ikinci dəfə səfər etməkdən məmnun olduğunu bildirib:

“Sizin qoruduğunuz inklüzivlik və tolerantlıq ənənəsi sayəsində yəhudi milləti burada özünü çox rahat hiss edir. Eyni zamanda İsraildə də Azərbaycandan olan yəhudilər yaşayır və onlar iki dövlət arasında körpü rolunu oynayır”.

Baş nazir həmçinin Azərbaycan prezidenti ilə enerji məsələlərini müzakirə edəcəyini bildirib.

1news.az

Paylaş:
726

Son xəbərlər

Bütün xəbərlər