Azərbaycanda yırtıcılar kəndə hücum etdi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda yırtıcılar kəndə hücum etdi - FOTO

23:38 - 13 / 12 / 2016
Azərbaycanda yırtıcılar kəndə hücum etdi - FOTO

Goranboy rayonunda çaqqallar 20-dən çox ev quşunu tələf ediblər.

1news.az “Report”a istinadən bildirir ki, hadisə rayonun Tatarlı kəndində baş verib.

Belə ki, səhər saatlarında kənd sakini Asif Əzizovun həyatyanı sahəsinə daxil olan yırtıclar ev quşlarını parçalayıb. Bu səbəbdən də sakinlər yırtıcıların hücumlarının qarşısını almaq və onları məhv etmək üçün tələ qurublar. Lakin yırtıcılardan yalnız biri məhv edilib.

Tatarlı kəndinin sakinləri bildirirlər ki, gündüz kəndə gələn yırtıcılar insanlara da hücum edirlər.

1news.az

Paylaş:
569

Son xəbərlər

Bütün xəbərlər