Bakıda və rayonlarda qar yağacaq, yollar buz bağlayacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda və rayonlarda qar yağacaq, yollar buz bağlayacaq

13:07 - 14 / 12 / 2016
Bakıda və rayonlarda qar yağacaq, yollar buz bağlayacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi dekabr ayının 15-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı, yarımadanın bəzi yerlərində arabir intensivləşəcəyi, gecə və səhər çovğun olacağı gözlənilir. Arabir əsən güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturu Abşeron yarımadasında 1-3 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti,  Bakıda gecə 1-3 dərəcə şaxta, gündüz 0 dərəcəyə yaxın olacaq.

Atmosfer  təzyiqi 760 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət  85-95 faiz  təşkil edəcək. Yolların buz bağlama ehtimalı var.

Azərbaycanın rayonlarında dekabrın 15-də arabir yağış, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.

1news.az

Paylaş:
453

Son xəbərlər

Bütün xəbərlər