Azərbaycanın iqtisadiyyat naziri Belarusa gedir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanın iqtisadiyyat naziri Belarusa gedir

14:06 - 14 / 12 / 2016
Azərbaycanın iqtisadiyyat naziri Belarusa gedir

İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərliyi ilə müvafiq dövlət qurumlarını təmsil edən şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti Belarus Respublikasında səfərdə olacaq.

1news.az-ın məlumatına görə, 15-17 dekabr tarixlərində baş tutacaq səfər çərçivəsində Belarusun aidiyyəti qurumları ilə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə ediləcək, biznes dairələrin iştirakı ilə işgüzar görüşlər keçiriləcək.

1news.az

Paylaş:
794

Son xəbərlər

Bütün xəbərlər