Nardaranda “Dini radikalizm cəmiyyətdə təhlükə mənbəyi kimi” layihəsi çərçivəsində ilk maarifləndirici tədbir keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Nardaranda “Dini radikalizm cəmiyyətdə təhlükə mənbəyi kimi” layihəsi çərçivəsində ilk maarifləndirici tədbir keçirilib

21:58 - 14 / 12 / 2016
Nardaranda “Dini radikalizm cəmiyyətdə təhlükə mənbəyi kimi” layihəsi çərçivəsində ilk maarifləndirici tədbir keçirilib

Dekabrın 13-də  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Sabunçu rayonu Nardaran qəsəbəsi “Rəhimə xanım ziyarətgahı” məscidi dini icması tərəfindən “Dini radikalizm cəmiyyətdə təhlükə mənbəyi kimi” layihəsi çərçivəsində ilk maarifləndirici tədbir keçirilib.

1news.az-ın məlumatına görə, tədbirdə Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin əməkdaşı Ceyhun Məmmədov, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov, şöbənin müdir müavini Ceyhun Əliyev, şöbənin əməkdaşları Amal Məlikov və Novruz Nuriyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ədalət Teymurov, hüquq-mühafizə orqanlarının əməkdaşları, “Rəhimə xanım ziyarətgahı” məscidi dini icmasının sədri və axundu Musa Qasımov, məscid dindarları, ziyalılar və gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan dini icmanın sədri və axundu Musa Qasımov tədbirlə bağlı ümumi məlumat verərək, bu cür tədbirlərin mütəmadi təşkil olunmasının mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin əməkdaşı Ceyhun Məmmədov Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində görülən tədbirlərdən, bu istiqamətdə din xadimlərinin üzərinə düşən mühüm vəzifələrdən söhbət açıb.

DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov dini radikalizm və ekstremizmin fəsadları, onunla mübarizə metodları ilə bağlı məruzə ilə çıxış edib. Natiq ölkəmizdəki dini müstəvidə sabitlik və əmin-amanlığın bundan sonra da dövlətimiz üçün siyasi baxımdan prioritet məsələ olduğunu vurğulayaraq, cəmiyyətimizin, xüsusilə, gənclərin radikal təsirlərdən qorunmasında vətəndaşlarımızın üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.

Tədbirdə çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev layihənin mövzusu ilə bağlı ətraflı məlumat verib. C.Əliyev dini radikalizmin qlobal təhlükə olduğunu qeyd edərək, cəmiyyətimizin bu təhlükədən qorunması üçün təhsilə xüsusi önəm verilməsinin vacibliyini vurğulayıb.

Sonda Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ədalət Teymurov, “Rəhimə xanım ziyarətgahı” məscidi dini icmasının sədri və axundu Musa Qasımov və dindarlar mövzu ilə bağlı öz fikirlərini bildiriblər.

1news.az

Paylaş:
603

Son xəbərlər

Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”Bu gün, 09:30AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:13Zamiqin ifasında səslənən “Ay Laçın” mahnısı Türkiyə serialında – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13
Bütün xəbərlər