Neft yenidən ucuzlaşmağa başladı | 1news.az | Xəbərlər
İqtisadiyyat

Neft yenidən ucuzlaşmağa başladı

10:32 - 14 / 12 / 2016
Neft yenidən ucuzlaşmağa başladı

Dünya birjalarında neftin qiyməti yenidən aşağı düşməyə başlayıb.

1news.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında WTI markalı neftin bir barrelinin qiyməti 1,30 faiz azalaraq 52,29 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında isə “Brent” markalı neftin bir barrelinin qiyməti 1,22 faiz azalaraq 55,04 dollar olub.

Azərbaycan neftinin qiymətində də azalma müşahidə olunur. Belə ki, “AzeriLight” markalı neftin 1 barelinin qiyməti 0,16 dollar və ya 0,28% azalaraq 56,67 dollar təşkil edib.

1news.az

 

Paylaş:
552

Son xəbərlər

Bütün xəbərlər